Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016).
Bəhruz Vaqifoğlu | |
---|---|
Bəhruz Vaqif oğlu Əhmədli | |
Digər adı | Bəhruz Əhmədli |
Doğum tarixi | 25 oktyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Gülnarə Məmmədli |
Uşağı | 2 |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 2003-bu günə qədər |
Təhsili | |
İstiqamət | pantomim |
Mükafatları | |
IMDb | ID5527794 |
Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır.
Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur.[1] 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında[2] Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir.
Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü"[3], "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur.[4]
2011-ci il.
2012-ci il.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[6] 1 may 2017-ci ildə[7], 9 may 2018-ci ildə[8], 10 may 2019-cu ildə[9], 10 may 2022-ci ildə[10] və 9 may 2024-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Ölüləri qəbiristanlıqda basdırın | Qaçaq | 2005 | Rövşən Almuradlı | İsmayıl Şıxlı |
Dirilən adam | Kəndli Dustaq |
2006 | Oruc Qurbanov | Mir Cəlal Paşayev |
Mesenat | Tələbə | Bəhram Osmanov | Əli Əmirli |
Tamaşanın adı | Rol | Premyera | Rejissor | Müəllif | Rəssam | Musiqi tərtibatçısı |
---|---|---|---|---|---|---|
Nağaraçılar | Müəllim | |||||
Muğam-trio "Dizlər" | Tar ifaçısı | |||||
Zibillik pərvanələri | Bomj Tələbə |
Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |||
Eşq | Ulduz Vərəq |
Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Uilyam Şekspirin sonetləri əsasında) |
|||
Maska | Kvadrat | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |||
Leyli və Məcnun | Məcnun | |||||
Dulusçu | Mim Gürcü |
2002[12] | Bəxtiyar Xanızadə | Üzeyir Hacıbəyov Bəxtiyar Xanızadə |
||
Manqurt | Manqurt | 5 oktyabr 2013 | Ceyhun Dadaşov | Çingiz Aytmatov | ||
Çərçivə | Torpaq | 21 iyul 2009 | Əflatun Abdullayev | Əflatun Abdullayev | ||
Qaranlıq | ||||||
Korlar | Kor | |||||
Dejavü | Ər | (Səbinə Hacıyeva ilə birgə) |
Səbinə Hacıyeva | |||
Məlikməmməd | Div | 4 aprel 2008 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Azərbaycan xalq nağılı əsasında) |
||
Tıq-tıq xanım | Tülkü | 26 dekabr 2010 | Nargilə Qəribova | Abdulla Şaiq | ||
Balaca şahzadə | Qızılgül | Bəxtiyar Xanızadə | Antuan de Sent-Ekzüperi | |||
Unutmayaq | erməni komandiri | 14 aprel 2012 | Bəxtiyar Xanızadə | |||
Fəlakət və insan | ||||||
No comment | 14 iyun 2012 | (Bəxtiyar Xanızadə və Əflatun Abdullayevlə birgə) |
Bəxtiyar Xanızadə | |||
Ora-bura[13] | Kloun Zır-zır | 15 mart 2014 | ||||
Son ştrix | Qoca kloun | 6 dekabr 2014 | (Bəxtiyar Xanızadə ilə birgə) |
(Bəxtiyar Xanızadə ilə birgə) |
||
Hamlet | Laert | 5 iyun 2015 | Bəxtiyar Xanızadə | Uilyam Şekspir | ||
Adajio[14] | 1 iyul 2016 | Bəxtiyar Xanızadə Nargilə Qəribova |
Bəxtiyar Xanızadə | |||
Ağ bığlılar | 8 oktyabr 2016 | Nurlan Rüstəmov | ||||
Underground | 12 noyabr 2016 | Nurlan Rüstəmov Solmaz Bədəlova |
||||
İt gəzdirən xanım | 18 iyun 2017 | Leyla Atayeva | Anton Çexov | |||
Bədbəxtlik | ər | 24 iyun 2017 | Nuridə Musabəyli[15] | Anton Çexov | ||
6+1 nömrəli palata | 2 dekabr 2017 | |||||
Xocalı - bu olub[16] | 2019 | Bəxtiyar Xanızadə | ||||
İblis[17] | 2022 | Hüseyn Cavid |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Qaçaq qocalar[18] | Yusif | 2015 | Nofəl Vəliyev | Elçin Hüseynbəyli |