VİCVİCƏ
VİDALAŞARKƏN
OBASTAN VİKİ
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. == Xütbənin mətni == Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. == Mənbələr == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Vida xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir. Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Bulbophyllum vidalii
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Daxili vidaci vena
Daxili vidaci vena (lat. Vena jugularis interna) — xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat.
Geum vidalii
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Vəli Vidadi
Molla Vəli Vidadi (17 mart 1709, Şəmkir, Qarabağ bəylərbəyliyi – 13 may 1809, İkinci Şıxlı, Gürcüstan quberniyası) — XVIII əsr Azərbaycan şairi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı "Müsibətnamə" əsəri ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir. == Həyatı == Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazaxa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir.
Pol Vidal de la Blaş
Pol Vidal de la Blaş - fransalı coğrafiyaçı və politoloqdur. Fransız coğrafiya məktəbinin yaradıcısıdır. Alim fiziki coğrafiya və əhali coğrafiyanı "Fransanın coğrafiyası" araşdırır (1903). "Şərqi Fransada" və s. kitabın, atlasların, dünya xəritəsinin və s. müəllifidir. «Annales de géographie» jurnalının banisidir. == Xarici keçid == ↑ Перейти к:1 2 data.bnf.fr: платформа открытых данных — 2011. ↑ Видаль де ла Блаш Поль // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохоров — 3-е изд.
Qor Vidal
Yucin Loter Qor Vidal(3 oktyabr 1925 - 31 iyul 2012)- Amerikalı yazıçı, ssenarist, romançı, oçerkist, jurnalist, dramaturq və siyasi aktivist.O, esselər, romanlar, ekran pyesləri və Broadway pyesləri üçün tanınmış idi.Vidal görkəmli bir siyasi soyundan gəlirdi; babası senator Tomas Qor idi,və daha sonra Jaklin Kennedi ilə (evlilik yolu ilə) qohum oldu. == Bioqrafiyası == Vidal,Yucin Luis Vidal adıyla,Yucin Luter Vidal (1895-1969) və Nina Qorun (1903-1978) yalnız uşağı olaraq Vest Poynt, Nyu-Yorkda anadan olmuşdur.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Vidadi Nəciyev
Vidadi Məhərrəm oğlu Nəciyev (1966, Bakı – 1985, Əfqanıstan) — Əfaqanıstan müharibəsində həlak olan Azərbaycan hərbçisi. == Həyatı == Vidadi Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. Vidadi Nəciyev intizamlı hərbçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. 1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən döyüşdə həlak olmuşdur.
Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı. == Həyatı == Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi.
Vidadi Orucov
Orucov Vidadi Ömər oğlu (12 may 1956, Dmanisi) — azərbaycanlı alim, elmlər doktoru. == Həyatı == Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır. 12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı, nəvələri var. == Məqalələri == 1.
Vidadi Qafarov
Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990–1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir. "Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014).
Vidadi Rzayev
Rzayev Vidadi Vaqif oğlu (4 sentyabr 1967, Gəncə, Azərbaycan SSR, SSRİ) — sovet və Azərbaycan futbolçusu, məşqçi. == Həyatı == Vidadi Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda Simurq ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: "İlk dövrədə "Şəfa" stadionunda "Simurq"la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq". Qeyd edək ki, karyerasında son iki ili "Olimpik"də keçirən V.Rzayev "Turan", "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. == Uğurları == Azərbaycanda ilin futbolçusu: (1) – 1996 Vidadi Rzayev azarkeşlərin yadinda Neftçi Pyunik matçinda ermənilərin qapisina vurduğu qolla düşür.Bundan başqa o Azərbaycan milisinin ilk rəsmi qələbəsinin memari olub . O 1996 ci ilin payzinda keçrilən Azərbaycan İsveçrə oyununda qol vuramaqla Azərbaycan milli komandasina ilk ilk rəsmi qələbə qazandırdı.
Vidadi Rüstəmov
Vidadi Tofiq oğlu Rüstəmov 1973-cü il iyulun 6-sı, Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə 45 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə Azərbaycan Kooperasiya texnikumuna daxil olub. 1992-2006-cı illərdə fərdi bizneslə məşgul olub. 2006–cı ildən kino sahəsində prodüser kimi fəaliyyət göstərir. Hazırda "Buta Film" kino şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. 2006 "Günəş şəhəri" – rejissor assistenti (sənədli film. Rej. A.Rüstəmov.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. == Yaradıcılığı == Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Vidadi Salahov
Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri. == Həyatı və fəaliyyəti == Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur. 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir. 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir. 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur. 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Vidadi Sevzixanov
Sevzixanov Vidadi Sevzixan oğlu — "Qusar" qəzetinin baş redaktoru, Əməkdar jurnalist (2010). == Həyatı == Vidadi Sevzixanov 1954-cü il martın 27-də Azərbaycan Respublikası Qusar rayonunun Həzrə (Yargun) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra (1977) Qusar rayonunda Azərbaycan və ləzgi dillərində nəşr olunan "Qusar Kцlaр" qəzetində çalışır. 1999-cu ildən bu qəzetin baş redaktorudur. Azərbaycan Respubliksı Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Qəhrəmanları rayonun sadə zəhmət adamları, elm, sənət, siyasət xadimləri olan azərbaycan, ləzgi və rus dillərində dərc olumuş oçerk, məqalə, portret və müsahibələrin, "Ömürlər, anlar" kitabının müəllifi, yerli yazarların onlarla kitabının tərtibçisi və redaktorudur. Üç övladı, yeddi nəvəsi vardır.
Vidadi Tağızadə
Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan) — Telejurnalist, şair, publisist. == Həyatı == Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir. == Əsərləri == Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. == Həyatı == Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.

Значение слова в других словарях