XOSROV

hakim, hökmdar; xeyirxah, xeyir verən. Qədim fars hökmdarlarının və onların ədəbi-bədii obrazlarının adından yayılmışdır.
XOCƏLİ
XOŞAN
OBASTAN VİKİ
Xosrov
Xosrov (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Xosrov (Vedibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
II Xosrov
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570, Ktesifon – 28 fevral 628, Ktesifon, Sasanilər dövləti) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir. Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir. == Bioqrafiyası == === Erkən həyatı === II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur. === Şəxsiyyəti və bacarıqları === Tarixçi Təbəri II Xosrovu belə təsvir edir: Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur. === Taxta gəlməsi === Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.
I Xosrov
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Xosrov (Ağdaş)
Xosrov — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xosrov Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Xosrov adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır. Kəndə tabe Sadavad kəndi də vardır ki, bir bələdiyyəsi və icra nümayəndəliyi var. == Coğrafiyası və iqlimi == Xosrov kəndi - Ağdaş-Göyçay şossesinin 8–9 km-də yerləşir. == Əhalisi == Əhalisi təxminən 4000 nəfərdir.[mənbə göstərin] == Mədəniyyəti == Kənddə bir mədrəsə, xəstəxana, bir məktəb fəaliyyət göstərir. Kənd ən çox Allah dostları türbələri ilə məşhurdur.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas məşğuliyyət əkinçilik və maldarlıqdır.
Xosrov (Vedibasar)
Xosrov — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kusqayasu çayının yanında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim Xosrov şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır.
Xosrov Abdullayev
Xosrov Abdulla oğlu Abdullayev (29 yanvar 1926, Şamaxı – 31 mart 1980, Novosibirsk) — Azərbaycan sirk artisti, jonqlyor, illüziyaçı, Azərbaycan SSR xalq artisti (1977). == Həyatı == Xosrov Abdulla oğlu Abdullayev 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub. Moskvadakı Dövlət Sirk Sənəti Məktəbini bitirib (1942). Azərbaycan SSR xalq artisti (1977) idi. Xosrov Abdullayev 31 mart 1980-ci ildə Novosibirskdə vəfat edib. Moskvada dəfn edilmişdir. == Yaradıcılığı == Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi. Abdullayev həmçinin kloun və illüzionist kimi də tanınmış (Karandaş və E. Kionun proqramlarında), 1976-cı ildə ilk dəfə «İllüziya revüsü» attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur.
Xosrov Axundzadə
Xosrov Axundzadə — pedaqoq, şair. == Həyatı == Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyul ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqişünas olub, xalqımızın sevimli müğənnisi Cabbar Qaryağdı oğlunun və onun həmkarlarının müəllimi olmuşdur. Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər (keçmiş "Nikolayski") məktəbində təhsil almışdır. O, bu məktəbdə üzeyir və Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur. Xosrov Axundzadə şəhər məktəbində oxuyarkən atası Mirzəli Aşiq vaxtsız vəfat edir. Atasının vəfatından sonra altı nəfər ailə üzvünün ağırlığı onun üzərinə düşür. Gənc Xosrov 1905-ci ildə məktəbi bitirib, 1906-cı ildən dərs deməyə başlayır. Xosrov Axundzadə 1906-cı ildən 1913-cü ilə kimi Şuşa "Nərimaniyyə", "Nəşri-maarif" və s. məktəblərdə müəllim olmuş, 1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir.
Xosrov Cahanbani
Xosrov Cahanbani (27.2.1941 Tehran - 16.4.2014 Cenevrə) — İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbaninin oğlu, Məhəmməd Rza Pəhləvinin qızı Şahnaz Pəhləvinin ikinci həyat yoldaşı, rəssam. == Həyatı == Xosrov Cahanbani 27 fevral 1941-ci ildə Tehran şəhərində anadan olub. Onun atası İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbanidir. Kaliforniya Dövlət Universiteti Sakramentoda və Miçiqan Universitetində təhsil alıb. 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin böyük qızı şahzadə Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını İranın Parisdəki səfirliyində rəsmiləşdirmişdilər. Deyilənə görə Məhəmməd Rza Pəhləvi bu nikahı dəstəkləmirdi. İran İslam İnqilabından sonra Xosrov Cahanbani İranı tərk edir və İsveçrəyə köçür. 16 aprel 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. == Ailəsi == Atası Qacar şahzadəsi Əmənulla Cahanbani İranın müdafiə naziri olub.
Xosrov Cəfərov
Xosrov Cəfərov (tam adı: Xos­rov İs­ra­fil oğ­lu Cə­fə­rov; 31 oktyabr 1947, Maştağa – 8 yanvar 2007, Azərbaycan) — Azərbaycanın tanınmış pəhləvanı, Güləş üzrə Azərbaycan milli komandasının yeniyetmələrdən ibarət üzvlərinin baş məşqçisi (1974-2007-ci illər). Azərbaycan Respublikasının əməkdar məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi. == Həyatı == Xosrov Cəfərov 31 oktyabr 1947-ci ildə Bakı şəhərinin Maştağa kəndində anadan olub. == Karyerası == === İdmançı === Xosrov Cəfərov 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub. Sərbəst güləşin sirlərini Ordu İdman Klubunda öyrənib. Müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı olub. 1968-ci ildə orta çəkidə Azərbaycan SSR Çempionu olub. Bundan sonra 1969, 1970, 1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub saxlayıb. O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıb. Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub.
Xosrov Gərədə
Xosrov Gərədə (19 may 1884, Ədirnə – 20 mart 1962, İstanbul) — Türk İstiqlal Müharibəsində və Cümhuriyyət tarixində önəmli adlardan biri olan Türk əsgəri, siyasətçi və diplomatdır. Qurtuluş Müharibəsi dövründə daxili qiyamların yatırılmasında rol oynadı. Müharibədən sonra səfir və müavin vəzifələrində çalışıb. Rıdvanbəyoğlu ailəsindən Ferik (general-leytenant) Mehmet Ali Paşanın və Mah-ı Nur Hanımın oğludur. 1908-ci ildə Hərbi Akademiyanı qərargah kapitanı rütbəsi ilə bitirmişdir. 7. Diviziya qərargah zabiti və Afina hərbi attaşesi vəzifələrində çalışmışdır. Birinci Dünya Müharibəsi dövründə qərargahda 2-ci Komandir idi. Kəşfiyyat şöbəsi zabiti, 1. Qafqaz Korpusu Baş qərargah rəisi, 25.
Aşıq Xosrov Məhəmmədoğlu
Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) — XX-XXI əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xosrov Məhəmmədoğlu (Səfərov) 1938-ci il fevralın 5-də (qeyri-rəsmi məlumata görə 1936-cı ildə) Ağdam rayonunun Kolanlı bölgəsinin Qalayçılar kəndində anadan olub. Aşıq Məhəmməd Kolanlının oğlu və sonuncu şagirdidir. 1984-cü ildə Bakıda keçirilən Aşıqlar qurultayının nümayəndəsi olub. Ağdam rayonunun işğalından sonra Bərdə rayonunda yaşayıb. == Yaradıcılığı == Erkən yaşlarından atası ilə aşıq məclislərinə gedən Aşıq Xosrov "Misri", "İrəvan çuxuru", "Qəhrəmani", "Ayaq cəlili", "Orta cəlili", "Ayaq divani", "Məhəmməd Hüseyni" havalarını ifa edərmiş. Ustad Aşıq Xaspolad Gülablı ilə aşıq məclisləridə, el şənliklərində birlikdə iştirak edib. Həmçinin Gəncəli Qədir, Aşıq Cavad Hüseyn, Aşıq Mayis və b. ilə dostluq edir. Onun bu sənətdə püxtələşməsində Gəncə aşıqlarının xüsüsi rolu olub.
Dərviş Xosrov Qəzvini
Dərviş Xosrov Qəzvini - Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk». Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov İkinci İsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci Şah Abbas şəxsən bu dərvişlə tanış oldu. Nöqtəvilərin görüşləri ilə tanış olduqdan sonra Şah Abbas onların qətlinə fərman verdi.
Həsən Xosrov Hatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Xosrov Mustafayev
Xosrov Ramazan oğlu Mustafayev (kürd. Xisro Mistefayêv) (ləqəbi: Musto; 27 noyabr 1957, Yengicə, Mikoyan rayonu – 6 noyabr 2012, Puta)) — Azərbaycan hərbçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü, Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Xosrov Mustafayev 27 noyabr 1957-ci ildə Ermənistan SSR-nin Yengicə kəndində, bir kürd ailəsində anadan olmuşdur. O, Goranboydakı 157 saylı briqadanın komandir müavini olmuşdur. O, 1 yanvar 1994-cü ildə və 5 oktyabr 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Xosrov Mustafayev 24 yanvar 2006-ci ildə hər iki ordendən məhrum edilmişdir. Xüsusi Təyinatlı Polis Dəstəsi olan Xosrov Mustafayev 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhddə iştirakına görə həbs edilmişdir. O, 6 noyabr 2012-ci ildə cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmət 13 saylı cəzaçəkmə müəssisəsində vəfat etmişdir.
Xosrov Məlik
Xosrov Məlik (XII əsr – 1191, Qövr) – Qəznəvilərin sonuncu sultanı idi. Sultan Səncərin Oğuzlar tərəfindən əsir edilməsini fürsət bilən Qurilər Qəznəviləri məğlub etməyə davam etdilər və Qəznə şəhərini ələ keçirdilər. 1186-cı ildə Qurilərin sultanı Şəhabüddin Məhəmmədə əsir düşdü və 5 il sonra əsirlikdə vəfat etdi. Qəznəvilər dövləti dağıldı.
Xosrov Ruzbeh
Xosrov Ruzbeh (15.4.1915-11.5.1958)—İran inqilabçısı. == Həyatı == Xosrov Ruzbeh–İranda inqilabi hərəkatın ən parlaq simalarından biri olmuşdur. O, 1915-ci il aprelin 15-də Hüseyn Ruzbehin ailəsində anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra xəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır. İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı.
Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Xosrov armudu
Xosrov armudu (lat. Pyrus chosrovica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == XVIII əsrin ortalarından dekorativ bitki kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan, şaxələnmiş çətirli və budaqları iynəli ağac və ya koldur. Meyvələri iri, şarşəkilli, diametri 3-4 sm, kasacığı yapışıq, qısa üçkünc hissəlidir. Tez böyüyür. 30 günədək bol çiçəkləyir. Toxum, kök və yaşıl qələmlərlə, zoğlarla çoxalır. == Ekologiyası == Dəniz səviyyəsindən 1900 metr hündürlükdə bitir. İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir.
Xosrov bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xosrov qoruğu
Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu (erm. Խոսրովի արգելոց) — Ermənistanın Ararat mərzi ərazisində, Qeqam silsiləsinin cənub hissəsində qorunan təbiət ərazisi. 1958-ci ildə yaradılmışdır. Qoruğun sahəsi 29 000 hektar olub Azat və Xosrov çayları hövzəsi daxilində yerləşir. Qoruğun yerləşdiyi ərazinin hündürlüyü 1400-2250 metr arasında dəyişir. == Ümumi məlumat == Tarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var. Xosrov qoruğu İrəvan şəhərindən 60 km cənub-qərbdə yerləşir.
Xosrov xan
Xosrov xan Qaşqay — Qaşqay elxanı. Xosrov xan Armani — XVII əsrdə Səfəvi rəsmisi, hərbi sərkərdə və erməni əsilli qulam. II Xosrov xan (Ərdalan) — Ərdalan xanlığının hakimi.
Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Xosrov Həsənzadə
Xosrov Həsənzadə (farsca:خسرو حسن‌زاده) (21 dekabr 1963[…], Tehran – 2 iyul 2023) — Azərbaycan əsilli iranlı rəssam. == Həyatı == Xosrov Həsənzadə 1963-cü ildə Tehranda azərbaycanlı fəhlə ailəsində dünyaya gəlib.
Xosrov mirzə
Xosrov mirzə Qacar (1813, Təbriz – 1875, Tehran) — Qacar şahzadəsi, diplomat. == Həyatı == Abbas mirzə Qacarın yeddinci oğlu Xosrov mirzə Amol şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. A. S. Qriboyedovun nəşini Sankt-Peterburqa aparmışdı. 1829-cu ildə İran hökuməti tərəfindən Хosrov mirzənin başçılığı ilə rus çarı sarayına göndərilmiş siyasi nümayəndə heyəti Moskva, Tula, Peterburq şəhərlərində inkişaf etməkdə olan sənaye mərkəzlərini, maarif, mədəniyyət və elm ocaqlarını, hərbi məktəbləri, rəsədxana və digər mühüm müəssisələri gəzərək onlarla tanış olduqda İranın geriliyinə, İran hökuməti başçılarının qəflət yuxusunda uymalarına, onların səhlənkarlıqlarına acıyır və kədərlənirdilər. İran nümayəndə heyəti vətənə qayıtdıqdan sonra Rusiya şəhərlərindəki yeni məktəblər və elm ocaqları tərzdə faydalı və lazımlı olan müəssisələrin İranda yaradılmasını öz hökumətinə təklif etmişdi. Tarixçi Əminə Pakrəvan yazır: "Lakin Sankt-Peterburqda daima Abbas Mirzə ilə ilgili olaraq bir rahatsızlıq duyulmaqda idi. Düşünürdülər ki, şahzadə özünü toparlayıb savaşa başlayacaqdır. Abbas Mirzənin Osmanlı ilə gizlin anlaşması haqda Rusiya bilgi əldə etmişdi. Rusiya bu gizlin anlaşmanı bir xəyanət kimi yozurdu.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)

Hadi Xosrovşahi
Hadi Xosrovşahi (1939, Təbriz – 27 fevral 2020, Tehran) — İranın Vatikandakı səfiri (1981–1986). == Həyatı == 1939-cu ildə Təbrizdə doğulub. 1981–1986-cı illərdə İranın Vatikanda səfiri işləyib. Hadi Xosrovşahi 27 fevral 2020-ci ildə koronavirus xəstəliyindən Qum ostanında vəfat edib.
Həsən Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
II Xosrov xan (Ərdalan)
II Xosrov xan, Xosrov xan Bəni Ərdalan (1752-1752; 1756-1763; 1766-1790) — Ərdalan xanlığının hakimi. == Həyatı == Xosrov xan Bəni Ərdalanın hakimiyyəti illərində Ərdalan vilayətinin hərbi siyasi-qüdrəti daha da güclənir, müstəqilliyi artır. Belə ki, 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra hakimiyyəti ələ keçirməyə çalışan Qacarlar sülaləsi yalnız Xosrov xan Bani Ərdalanın hərbi köməyiylə öz məqsədinə nail olur. Ağa Məhəmməd Xan Qacarın hakimiyyət başına keçməsinə yaxın köməklik göstərən Xosrov xan Bani Ərdalan tədricən özünü müstəqil aparmağa başlayır. Onun bu itaətsizliyi Ağa Məhəmməd Xan Qacarın xoşuna gəlmir və o öz müttəfiqinin (Xosrov xan) üzərinə qoşun göndərir. Həmədan yaxınlığında baş verən şiddətli döyüşdə Xosrov xan qalib gəlir və ağır itkiyə məruz qalan Ağa Məhəmməd Xan Qacar geri çəkilməli olur. Tarixçilərin verdiyi məlumatlara görə bu döyüşdə "dərs alan" Ağa Məhəmməd Xan sonralar birbaşa Xosrov xanın üzərinə hücuma keçməyə cürət etmir.
I Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Mirzə Xosrov Axundov
Xosrov Axundzadə — pedaqoq, şair. == Həyatı == Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyul ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqişünas olub, xalqımızın sevimli müğənnisi Cabbar Qaryağdı oğlunun və onun həmkarlarının müəllimi olmuşdur. Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər (keçmiş "Nikolayski") məktəbində təhsil almışdır. O, bu məktəbdə üzeyir və Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur. Xosrov Axundzadə şəhər məktəbində oxuyarkən atası Mirzəli Aşiq vaxtsız vəfat edir. Atasının vəfatından sonra altı nəfər ailə üzvünün ağırlığı onun üzərinə düşür. Gənc Xosrov 1905-ci ildə məktəbi bitirib, 1906-cı ildən dərs deməyə başlayır. Xosrov Axundzadə 1906-cı ildən 1913-cü ilə kimi Şuşa "Nərimaniyyə", "Nəşri-maarif" və s. məktəblərdə müəllim olmuş, 1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir.
Məhəmmədbağır mirzə Xosrovi
Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu Dövlətşahi (1849-1919)—İran şairi. == Həyatı == Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu 1849-cu ildə Kirmanşah şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sonra ərəb, fars dillərini öyrənmiş, sərf, nəhvi və hikmət elmini tamam-kamal etmişdi. Atasını ona xüsusi müəllim tutmuş, əruzu öyrənmişdi. Məhəmmədbağır mirzə Dövlətşahi Hüseynqulu sultan Kəlhorun təşviqi ilə şeir yazmağa başlamışdı. Özünə Xosrovi təxəllüsünü götürmüşdü. Məhəmmədbağır mirzə Xosrovi 1919-cu ildə vəfat edib. == Əsərləri == Divan Şəms və tuğra Toğrul və Humay Hüseynqulu xan Cahansuzun şərhi-halı == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Qazi Əkrəm Xosrov Paşa
Hüsrəv Paşa (ö. 11 mart 1632) — IV Murad dönəmində 6 aprel 1628 - 25 oktyabr 1631 tarixlərində ümumilikdə 3 il 6 ay 19 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Biyoqrafiyasını verən mənbələrdə Bosniyalı olduğu və Əndərunda yetişdirildiyi qeyd olunur. Əskişəhərdə öz adına inşa etdirdiyi külliyənin kitabəsində qardaşının adının İbrahim Paşa olduğu qeyd edilir. Saraya necə alındığı bilinməsə də, müxtəlif vəzifələrə təyin olunması və silahdarlığa qədər yüksəldiyi bilinir. II Osmanın qətlinin ardından yeniçəri ağalığına təyin olundu (oktyabr-noyabr 1623). Səfəvilərin Bağdadı ələ keçirməsinin ardından Abxaz Paşa üsyanını yatırmaq məqsədilə sədrəzəm Çərkəz Mehmed Paşa ilə səfərə çıxmış (iyun 1624), Kayseri ətrafındakı döyüşlərdə mühüm rol oynamışdır (5 sentyabr 1624). Ordu Tokatda səfərə hazırlaşarkən sədrəzəm vəfat etmiş, Hüsrəv ağa isə o dönəmdə Diyarbəkir bəylərbəyi Hafiz Əhməd Paşanı sədrəzəm olaraq padşaha təklif etmişdir. Yeniçəri ağasının təklifi qəbul edilir və Hafiz Əhməd Paşa həm sərdar-ı əkrəm, həm də sədrəzəm təyin olunur. Ancaq sədrəzəmliyə namizədlər arasında özünün də olduğu başa düşən Hüsrəv ağa Hafiz Paşanı məsləhət gördüyünə peşman olur.
Xana-i Xosrov (Kəleybər)
Xana-i Xosrov (fars. خانه خسرو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (23 ailə).
Xosrov Dövlət Təbiət Qoruğu
Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu (erm. Խոսրովի արգելոց) — Ermənistanın Ararat mərzi ərazisində, Qeqam silsiləsinin cənub hissəsində qorunan təbiət ərazisi. 1958-ci ildə yaradılmışdır. Qoruğun sahəsi 29 000 hektar olub Azat və Xosrov çayları hövzəsi daxilində yerləşir. Qoruğun yerləşdiyi ərazinin hündürlüyü 1400-2250 metr arasında dəyişir. == Ümumi məlumat == Tarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var. Xosrov qoruğu İrəvan şəhərindən 60 km cənub-qərbdə yerləşir.

Digər lüğətlərdə