Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) — XX-XXI əsr Azərbaycan aşığı.
Aşıq Xosrov Məhəmmədoğlu | |
---|---|
Xosrov Məhəmməd oğlu Səfərov | |
| |
Digər adı | Aşıq Xosrov Kolanlı |
Doğum tarixi | |
Doğum yeri | Qalayçılar, Ağdam rayonu |
Vəfat tarixi | (82 yaşında) |
Dəfn yeri | Mirəşelli, Ağdam rayonu |
Fəaliyyəti | aşıq |
Aşıq Xosrov Məhəmmədoğlu (Səfərov) 1938-ci il fevralın 5-də (qeyri-rəsmi məlumata görə 1936-cı ildə) Ağdam rayonunun Kolanlı bölgəsinin Qalayçılar kəndində anadan olub. Aşıq Məhəmməd Kolanlının oğlu və sonuncu şagirdidir[1].
1984-cü ildə Bakıda keçirilən Aşıqlar qurultayının nümayəndəsi olub[1].
Ağdam rayonunun işğalından sonra Bərdə rayonunda yaşayıb.
Erkən yaşlarından atası ilə aşıq məclislərinə gedən Aşıq Xosrov "Misri", "İrəvan çuxuru", "Qəhrəmani", "Ayaq cəlili", "Orta cəlili", "Ayaq divani", "Məhəmməd Hüseyni" havalarını ifa edərmiş. Ustad Aşıq Xaspolad Gülablı ilə aşıq məclisləridə, el şənliklərində birlikdə iştirak edib. Həmçinin Gəncəli Qədir, Aşıq Cavad Hüseyn, Aşıq Mayis və b. ilə dostluq edir. Onun bu sənətdə püxtələşməsində Gəncə aşıqlarının xüsüsi rolu olub[1].
Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) təkcə ifaçı aşıq yox, həm də yaradıcı aşıqdır. Bu ustad aşığın çoxlu şeirləri olsa da, yaradıcılığının çox hissəsi köçkünlük vaxtı itib-batmışdır. Yaradıcılığında Azərbaycan aşıq şerinin klassik ənənələri (təbiət təsviri, məhəbbət lirikası, yurd həsrəti, vətən nisgili) davam etdirilir[1].