XƏLİF

canişin; islamiyyətdə Məhəmməd peyğəmbərdən sonra xilafətin hökmdarı; mollaxanada mollanın köməkçisi.
XƏLİDƏ
XƏLİFƏ
OBASTAN VİKİ
Alı Xəlifə ocağı
Alı Xəlifə ocağı - Laçının Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdir. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Həmçinin bax == Laçın Laçın abidələrinin siyahısı Laçın rayonu Seyidlər kəndi == İstinadlar == == Xarici keçidlər == "Ziyarətgahlar diyarı - Laçın". ahlibeyt.az. İstifadə tarixi: 10 avqust 2021. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri".
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Dihyə ibn Xəlifə
Dihyə ibn Xəlifə (v. 670-ci illər, bilinmir, ərəb. دحية الكلبي‎) — İslam peyğəmbəri Məhəmmədin Bizans imperatoru I İraklia elçi olaraq göndərdiyi səhabə. == Müsəlman olması == Dihyə ibn Xəlifə böyük bir qəbilənin başçısı idi. Məhəmməd peyğəmbər onun müsəlman olmasını istədi, ona görə də dua etdi. Əgər müsəlman olsaydı, qəbiləsi də müsəlman olardı. Duası qəbul oldu. Bundan sonra onun gəldiyini xəbər verilir. O, gəlib çatdıqda Peyğəmbər libasını çıxarıb yerə yaydı və ona oturmağı əmr etdi. Lakin Dihyə ibn Xəlifə oturmayıb onu yuxarı qaldırır, başına qoyaraq öpür və bağışlanma dilədi.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Hamad bin Xəlifə Al-Sani
Həməd bin Xəlifə Al Sani, Həməd bin Xəlifə Al Tani (ərəb. حمد بن خليفة آل ثاني‎; 1 yanvar 1952, Doha) — Qətər əmiri (1995–2013). == Həyatı == 1952 –ci ildə Doha şəhərində anadan olmuşdur. İbtidai, orta və ali təhsilini Qətərdə almışdır. Böyük Britaniyanın Sent Herst hərbi akademiyasında təhsilini davam etdirmişdir. 1971 –ci ildə Birləşmiş Krallığın Sent Herst hərbi akademiyasını bitirmişdir. 1971 – ci ildə Qətər Silahlı Qüvvələrində kapitan rütbəsində İlk Qətər polkunun komandiri təyin edilərək, sonradan mayor rütbəsinə qədər yüksəlmiş, Qətər ümumsilahlı Qüvvələrinin komandanı olmuşdur. 1977-ci il 31 may tarixində Müdafiə Naziri vəzifəsinə təyin edilərək, eyni zamanda Vəliəhd taxtına yüksəlmişdir. Ali Məclisin Planlaşdırma işləri üzrə Rəisi təyin edilmişdir. 1979-1991 – ci illərdə Ali Məclisin Gənclər üzrə şöbəsinin fəaliyyətinə, həmçinin müxtəlif idman və gənclər klublarının fəaliyyətinə himayədarlıq etmişdir.
Həməd bin Xəlifə Al Sani

Həməd bin Xəlifə əl-Tani

Həməd bin İsa Əl Xəlifə
Həməd ibn İsa ibn Salman Əl-Xəlifə (ərəb. حمد بن عيسى بن سلمان آل خليفة‎; 28 yanvar 1950, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreyn Krallığının hazırkı Kralı. == Həyatı == Həməd ibn İsa Əl-Xəlifə 28 yanvar 1950-ci ildə Bəhreynin Ər-Rifa şəhərində anadan olub. Valideynləri vəliəhd İsa ibn Salman Əl-Xəlifə və Həssə binti Salman Əl-Xəlifə idi. Bəhreyndəki Manama Liseyində oxuduqdan sonra Həməd Kembricdəki Leys məktəbinə getməzdən öncə Surrey qraflığında yerləşən Əplqart Kollecində təhsil almaq üçün İngiltərəyə göndərildi. Həməd daha sonra, ilk olaraq İngiltərə Ordusunda, Hempşir qraflığının Olderşot şəhərindəki Mons Zabit Kadet Məktəbində 1968-ci ilin sentyabrında məzun olanadək hərbi təlim keçdi. Dörd il sonra, 1972-ci ilin iyun ayında Həməd Kanzasın Fort Livenvortdakı Amerika Birləşmiş Ştatları Ordu Komandanlığı və Baş qərargah Kollecinə daxil oldu. 1973-cu ilin iyununda həmin kolleci fərqlənmə diplomu ilə bitirdi. Həmədin dörd arvadı və onlardan ümumilikdə on iki övladı var: yeddi oğlu və beş qızı: 9 oktyabr 1968-ci ildə Ər-Rifada ilk həyat yoldaşı Səbikə binti İbrahim Əl-Xəlifə ilə evləndi. Səbikə bəhreynlidir, onların üç oğlu və bir qızı var: Şahzadə Salman ibn Həməd ibn İsa Əl-Xəlifə, Bəhreynin vəliəhdi (21 oktyabr 1969-cu il təvəllüdlü) Şeyx Abdulla ibn Həməd ibn İsa Əl-Xəlifə (30 iyun 1975-ci il təvəllüdlü) Şeyx Xəlifə ibn Həməd Əl-Xəlifə (4 iyun 1977-ci il təvəllüdlü) Şeyxa Neclə binti Həməd Əl-Xəlifə (20 may 1981-ci il təvəllüdlü) İkinci arvadı Şeiyə binti Həsən Əl-Qüreyş Əl-Əcmi küveytlidir.
Həməd ibn İsa Əl-Xəlifə

II İlyas xəlifə
II İlyas xəlifə (?-1611) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I Şəmsəddin xəlifənin oğlu, Bürhanəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. 1585-ci ildə Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak edib. Bu haqda Osmanlı dövlətinin şəşhur sənədlər məcmuəsi olan "Mühimmə"də yazı var ("Mühimmə", LXIII, 59). 1606-cı ildə Şah Abbas Qaradağda olarkən Duzal kəndində II İlyas xəlifənin qonağı olmuşdu. Şaha qoşulub Ordubada gedib, daha sonra Urmiya səfərində iştirak edib. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu.
II Şəmsəddin xəlifə
II Şəmsəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının (Qaradağın) hakimi və xəlifəsi. Bürhanəddin xəlifənin oğlu. Əhər şəhərində anadan olub. Mükəmməl savad almışdı. Övladı olmayıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
I İlyas xəlifə
I İlyas xəlifə – Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biri == Haqqında == I İlyas xəlifə Sivas vilayətində anadan olmuşdu. Mükəmməl savad almışdı. 1500-ci ildə başçılıq etdiyi Toxmaqlı oymağı ilə gəlib I Şah İsmayıla qoşulmuşdu. Hələ şahlıq taxtına əyləşməmiş İsmayıl İlyas xəlifəyə bol vədlər vermişdi. I İlyas xəlifə Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biridir. I İlyas xəlifə I Şah İsmayılın vəfatından sonra I Şah Təhmasibə xidmət etmişdi və Qaradağda məskunlaşmışdı. I İlyas xəlifənin I Şəmsəddin xəlifə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008.
I Şəmsəddin xəlifə
I Şəmsəddin xəlifə (?-1603) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I İlyas xəlifənin oğlu. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. II İlyas xəlifə və Əhməd xəlifənin atasıdır. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Mehdi (xəlifə)
Əbu Abdullah Məhəmməd ibn Abdullah Əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎) (d. 3 avqust 744 - ö. 24 iyul 785) — 3. Abbasi xəlifəsi. == Həyatı == 3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı.
Mirzə Vəli xəlifə Şamlı
Mirzə Vəli xəlifə Şamlı (?-1581) — qızılbaş sərkərdəsi, Məşhədin hakimi. == Həyatı == Mirzə Vəli xəlifə Şamlı elinin Bəydili oymağından çıxıb. Tanınmış Qızılbaş sərkərdəsi, Məşhədin hakimi olub. I Şah Təhmasibə və Şah Sultan Xudabəndəyə xidmət edib. I Şah Təhmasib Səfəvinin möhrdarı olmuşdu. Ovçu kimi də tanınırdı. Tatarların Şirvan vilayətinə hücumu zamanı sərkərə idi. Qızılbaş əmirləri şübhə edirdilər ki, tatarlar cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla döyüşü uda biləcəklər. Araz xan Rumlunun faciəli taleyi də buna şəhadət verirdi. Buna görə də əmirlər yeganə düzgün qərar qəbul etdilər.
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. == Mənbə == Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
Mötəz (xəlifə)
Əbü Abdullah Məhəmməd ibn Cəfər (ərəb. أبو عبد الله محمد بن جعفر‎) və ya Əl-Mötəz (ərəb. المعتز بالله‎) (d. 847 - ö. avqust 869) — 13. Abbasi xəlifəsi. == Mənbə == Bianquis, Thierry (1998). "Autonomous Egypt from Ibn Ṭūlūn to Kāfūr, 868–969". In Petry, Carl F. (ed.). Cambridge History of Egypt, Volume One: Islamic Egypt, 640–1517.
Qasım xəlifə Varsaq
Qasım xəlifə Varsaq (?-?)-Qızılbaş sərkərdəsi, Səfəviyyə xəlifəsi == Həyatı == Qasım xəlifə Varsaq I Şah İsmayıl Səfəvinin və I Şah Təhmasibin hakimiyyəti dönəmndə qızılbaşlar ordusunda xidmət etmiş, Səfəviyyə ordeninin xəlifələrindən olmuşdu. 1526-cı ildə şahın vəkili Div sultan Rumlunun əmri ilə qiyamçı Mustafa bəy Ustaclının (Köpək sultanın) yanına barışığa getmişdi.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Salman bin Həməd Əl Xəlifə
Salman ibn Həməd ibn İsa Əl-Xəlifə (ərəb. سلمان بن حمد بن عيسى آل خليفة‎; 21 oktyabr 1969, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreynin vəliəhdi, eyni zamanda Bəhreyn Müdafiə Qüvvələri Ali Komandirinin müavini. == Həyatı == Şahzadə Salman Bəhreyn Kralı Həməd ibn İsa Əl-Xəlifənin və birinci həyat yoldaşı Şahzadə Səbikə binti İbrahim Əl-Xəlifənin böyük oğludur. Şahzadə orta təhsilini Bəhreyn Məktəbində aldı, daha sonra Vaşinqtonda yerləşən Amerika Universitetində Siyasi Elmlər üzrə bakalavr, daha sonra Kembric Universitetindən Tarix və Elm Fəlsəfəsi üzrə magistr dərəcəsi aldı. Şahzadə Salman Bəhreynin gənclərini 21-ci əsrə aparması üçün 1999-cu ildə Vəliəhd Beynəlxalq Təqaüdünü təsis etdi. Proqram Bəhreyndən olan ən bacarıqlı lisey şagirdlərinə xaricdə ali təhsilini davam etdirmək və Bəhreynin inkişafına məhsuldar töhfə vermək üçün təqaüd yaradıldı. Bununla da Bəhreynin hər yerindən 140-dan çox tələbə İngiltərə, ABŞ və Fransa da daxil olmaqla xaricdə təhsil almaq üçün təqaüd və fürsət qazandı. Şahzadə Salman Şeyxa Hələ binti Dəic əl-Xəlifə ilə 2005-ci ilə qədər evli qaldı. Şeyxa Hələ Maliyyə və Milli İqtisadiyyat Nazirinin köməkçisi Şeyx Dəic ibn Xəlifə Əl-Xəlifənin kiçik qızı idi. Hələ Qadın və Uşaqlar üçün Məlumat Mərkəzinin Fəxri Prezidenti və Bəhreyn Zəka Geriliyi Cəmiyyətinin sədri idi.
Salman ibn Həməd Əl-Xəlifə

Seyyid Xəlifə türbəsi
Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəranın ərazisində məskunlaşmışdı. Həmin adamların məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır. Bunlardan biri Lənkəran ərazisindəki qədim Cil kəndindədir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə və ya "Seyid Xəlifə" adlandırılan ziyarətgah da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə, bu, üç şəxsin: məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın və onun əmisi oğlunun məqbərəsidir. Lakin burada daha qədim dövrlərdə yaşamış seyidlərin də məzarları vardır. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.