Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəranın ərazisində məskunlaşmışdı. Həmin adamların məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır. Bunlardan biri Lənkəran ərazisindəki qədim Cil kəndindədir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə və ya "Seyid Xəlifə" adlandırılan ziyarətgah da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə, bu, üç şəxsin: məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın və onun əmisi oğlunun məqbərəsidir. Lakin burada daha qədim dövrlərdə yaşamış seyidlərin də məzarları vardır. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.