çöl-biyaban
çöl-düz
OBASTAN VİKİ
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çəmən (Urmiya)
Çəmən (fars. ‎‎‎برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Çəmən belibağlısı
Çəmən belibağlısı (lat. Circus pygargus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. == Etnotoponimi == Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. == Quruluşu == Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. == Həyat tərzi == Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Çəmən yarpızı
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Çəmən yemliyi
Çəmən yemliyi (lat. Tragopogon pratensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü.
Çəmən pişikquyruğu
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. == Coğrafiyası == Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Çöl pişikdırnağı
== Təbii yayılması == Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1] == Botaniki təsviri == Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir.
Çöl qartalı
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Çöl qatırquyruğu
Çöl sarmaşığı
Çöl sarmaşığı (lat. Convolvulus arvensis) — sarmaşıq cinsinə aid bitki növü.
Çöl sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Çöl sarımsağı
Çöl sərçəsi
Ağac sərçəsi (Passer montanus) — Avrasiyada yaşayan sərçə növləridir.
Çöl tülküsü
Çöl tülküsü (ing. Vulpes zerda) — Fennek tülküsü olaraq da bilinən, köpəkkimilər (Canidae) familiyasının ən kiçik üzvü. Quraqlıq səhra şəraitinə çox yaxşı uyğunlaşmış, Şimali Afrikada və Ərəb yarımadasında rastlana, qeyri-adi böyük qulaqlarına görə bilinən tülkü növüdür. == Xüsusiyyətləri == 40 smə çatan bədən uzunluğuna tərs mütənasib olaraq 15 smə çatan qulaqları çox uzundur. Bu xüsusi vəziyyət özünü çöldə yaşamasını təmin edir, çünki bədən istiliyini qulaqları vasitəsi ilə tarazlıqda saxlayır. Quyruğu 25 sm uzunluğundadır, ağırlığı 1,5 kq qədər çatır.
Çöl yoncası
Çöl yoncası (lat. Trifolium campestre) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amarenus campestris (Schreb.) Fourr. Chrysaspis campestris (Schreb.) Desv. Trifolium procumbens subsp. campestre (Schreb.) Gaudin Trifolium procumbens var. campestre (Schreb.) Ser. == Yarımnövləri == Trifolium campestre subsp. campestre Trifolium campestre subsp.