ŞƏF

(Zəngilan)
ağac növü. – Şəfin qaqqası (meyvəsi) olmur
ŞƏDƏNƏX’
ŞƏFEYİ
OBASTAN VİKİ
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Başxanım Şəfiqızı
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə. == Həyatı == Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur. Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir. Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur. Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır. Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir. == Haqqında yazılanlar == Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159). 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh.
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (film, 2016)
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Aquaman, Sayborq və Fləş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978 — 1979) Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində anadan olub. İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb. Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb. Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib. O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur. Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Cəfər Şəfqət Urmu və Təbriz şəhərlərində hərbi hissələrə rəhbərlik edib. Şapur Bəxtiyarın baş nazirliyi dönəmində Cəfər Şəfqət İranın müdafiə naziri təyin olunub.
Daşqın Şəfiyev
Daşqın Hidayət oğlu Şəfiyev (22 avqust 1989, Krasnodar – 5 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995–2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldar Şəfiyev
Eldar Ağadadaş oğlu Şəfiyev (28 sentyabr 1953, Bakı – 15 iyun 2023, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 №-li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdur. 1972-1974-cü illərdə odu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla dostluq münasibətləri olmuşdur. 1978-ci ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşamış və yaradıcılıqla məşğul olmuşdur. 1980-1990-cı illərdə Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Rəssamlar İttifaqının üzvü olmuşdur. Eldar Şəfiyev 1990-cı ildə ABŞ-yə köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur.
Fərid Şəfiyev
Fərid Rauf oğlu Şəfiyev (21 iyul 1969, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009–2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb. == Karyerası == 1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir. 1998–2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır. 22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 2009–2014-cü illərdə Azərbaycanın Kanadada, 2014–2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub.
Gülçöhrə Şəfiyeva
Gülçöhrə Məmməd qızı Şəfiyeva (23 aprel 1949 – 23 dekabr 2023) — Azərbaycan rejissoru, Prezident təqaüdçüsü (2018–2023). == Həyatı == Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aktyor Səyavuş Şəfiyevin bacısı idi. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi. 23 dekabr 2023-cü ildə 74 yaşında vəfat edib. == Fəaliyyəti == Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. G. Şəfiyeva 1994-cü ildən bu günə kimi Heydər Əliyev adına Sarayın baş rejissoru olub. Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olmuşdur. G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.
Hacı Şəfi məscidi
Hacı Şəfi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır. == Memarlıq quruluşu == Məscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib. == Kitabəsi == Məscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır.
Kamran Şəfiyev
Kamran Rauf oğlu Şəfiyev (22 dekabr 1966) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2010—h.h). == Həyatı == Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 1998–2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008–2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 10 iyil 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Mehdixan Şəfizadə
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
Mirzə Şəfi Cahanşahi
Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, fars. حاجی میرزا سید مهدی مجتهد جهانشاهی‎; 1881 və ya 1882, Təbriz – 1953, İran) — İran hüquqşünası. == Həyatı == Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح‎; 1794, Gəncə – 16 noyabr 1852 və ya 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı.
Qanadlı Şəfavericilər (1990)
Qanadlı şəfavericilər (film, 1990)
Qrüner şəfəqsaçanı
Qrüner şəfəqsaçanı (lat. Anthocharis gruneri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinin şəfəqsaçan cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 25-30 mm-dir. Limonu-sarı rəngdə olub dişi fərdlərin ön qanadlarının zirvəsində qırmızı, erkəklərdə isə qara ləkə vardır. == Yayılması == Yunanıstan, Türkiyə, Kiçik Asiya, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand)) == Həyat tərzi == Yaxşı inkişaf etmiş dağlıq kserofil bitkilər (gəvən və akantolimon) bitən yamaclar. Kəpənəklər mayda uçur, dişi fərdlər adətən otlar içərisində gizlənir və az hallarda uçur. Mayın axırında bitkinin yarpaqları ilə qidalanır. Puplaşma iyulun əvvəllərində müxtəlif sığınacaqlarda baş verir, pupları qışlayır və ildə bir nəsil verir. Yumurtalarını kələmkimilər fəsiləsindən olan Turritis glabra bitkisinin üzərinə qoyur.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. == Tarixi == 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Qızıl Şəfəq (Yunanıstan)
Qızıl Şəfəq (yun. Λαϊκός Σύνδεσμος – Χρυσή Αυγή) - Yunanıstanda fəaliyyət göstərən ultra millətçi, faşist və neo-nasist meyilli siyasi partiya.
Rauf Şəfiyev
Şəfiyev Rauf Bəbir oğlu (02.08.1937–30.07.1999) — mühəndis, idman xadimi, Azərbaycanda sambo və cudonun banilərindən biri. == Həyatı == Rauf Şəfiyev 1937-ci ildə Bakıda anadan olmuşdur. 1955–1960-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış və ömrü boyu mühəndis kimi müxtəlif idarə, təşkilat, istehsalat və elmi-tədris mərkəzlərində işləmişdir. Mühəndislikdən başqa R. Şəfiyev bir sıra elmi institutlarda dərs demiş və mühazirələr oxumuşdur. Bir sıra elmi məqalələrin müəliffidir. Azərbaycanın "Bilik" cəmiyyətinin fəal üzvü olmuşdur. 1997-ci ildə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Əsas peşə ilə yanaşı Rauf Şəfiyev idmanla məşqul olmuş və sambo və cudo kimi güləşmə növlərinin Azərbaycanda yaradılması və inkişafına öz səylərini yönəltmişdi. 50–60-cı illərdə sambo üzrə keçirilən müxtəlif turnirlərdə respublika və SSRİ birinciliklərində daim fəxri kürsünün yüksək pilləsində dayanmış, medal və diplomlara layiq görülmüşdür. Onun idmanda əldə etdiyi ən böyük uğurlar isə məşqçilik və hakimlik fəaliyyəti ilə bağlı olmuşdur.
Rəşad Şəfiyev
Rəşad Vaqif oğlu Şəfiyev (13 oktyabr 1991; Gəncə, Azərbaycan — 28 oktyabr 2020; Bərdə, Azərbaycan) — Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var. == Hərbi xidməti == Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Sabir Şəfiyev
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev (28 aprel 1930, Şuşa, Dağlıq Qarabağ) — SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısı, professor. == Həyatı == Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Şuşada anadan olmuşdur. (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər. Ailə vəziyyəti ilə əlaqədar S. Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946–1947-ci tədris ilində Şamaxı şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur. 1951–1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlamışdır. S. Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955–1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir. 1960–1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965–1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir. Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir.
Sənan Şəfizadə
Sənan Şəfizadə (tam adı: Sənan Nadir oğlu Şəfizadə; 14 fevral 1984, Bakı) — Azərbaycan jurnalisti, televiziya aparıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktoru. == Həyat və karyerası == Sənan Nadir oğlu Şəfizadə 1984-cü il fevralın 14-də Bakıda anadan olub. Orta təhsilini 1990-2000-ci illərdə Bakı şəhəri, Yasamal rayonundakı Paşa Nəzərov adına 60 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2006-cı ildə sənətşünaslıq ixtisası üzrə magistr dərəcəsini bitirib. 2014-cü ildə namizədlik işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2000-ci ildən müxtəlif vaxtlarda "Tələbə Press", "168 saat", "Futbol Proqnoz" eləcə də Rusiyanın "Sport Ekspress" qəzetlərində işləyib, "Region Plus", "Nargis" jurnalı və azerisport.com portalıyla əməkdaşlıq edib. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2013-cü ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən "İlin idman jurnalisti" mükafatını qazanıb. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb.
Səyavuş Şəfiyev
Səyavuş Məmməd oğlu Şəfiyev (1 sentyabr 1937, Qaryagin – 24 noyabr 2001, Moskva) — Azərbaycan aktyoru, sirk ustası, Azərbaycan SSR əməkdar artisti (1979). == Həyatı == Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olmuşdur. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar. 1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır.