Rəşad Vaqif oğlu Şəfiyev (13 oktyabr 1991; Gəncə, Azərbaycan — 28 oktyabr 2020; Bərdə, Azərbaycan) — Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəşad Şəfiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Bərdə, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Fövqəladə Hallar Nazirliyi (Azərbaycan) |
Xidmət illəri | 2010; 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Gəncə bombalanmaları (axtarış-xilasetmə işləri) • Bərdə bombalanmaları (axtarış-xilasetmə işləri) |
Təltifləri | 2020 |
Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var.
Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır. Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]