Çölməkabab

Kənd çolpası hissələrə ayrılır, duz, istiot və cem formalı alça turşusu vurulur. 300 qr qoz çəkilir, 0,5 kq qırmızı soğan ət maşınından keçirilir və suyu sıxıldıqdan sonra qozun üzərinə əlavə olunur. O cümlədən həmin qarışığa da qədərində duz istiot, alça turşusu vurulur. Sonra həmin kütlə bir az yoğrulur. Toyuqla birlikdə ümumi həcmə görə onların üzərinə 1-2 stəkan su əlavə edilib təxminən 30-35 dəqiqə aşağı temperaturda bişirilir. Dilimizdə ikinci tərəfi “kabab” sözü ilə ifadə edilən xörək adları xeyli saydadır: tavakabab, qazankabab, şişkabab, təndirkabab, döşkabab, qabırğakabab, tikəkabab, cücəkabab, lüləkabab, toyuqkabab, badımcankabab, pomidorkabab, kartofkabab, bibərkabab və s.
Çölməx pitisi
Çukmın