Фразеологический словарь азербайджанского языка

  • A-DAN ZE-YƏ

    əvvəldən axıra, bütövlükdə əhatə etməklə; ~ alfadan omeqaya.

    Полностью »
  • ABIR GÖZLƏMƏK

    Həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır-həya saxlamaq.

    Полностью »
  • ABIR-HƏYA SAXLAMAQ

    həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır gözləmək.

    Полностью »
  • ABIR-HƏYANI İTİRMƏK

    həyasızlaşmaq, ar eləməmək, heç nədən utanıb-çəkinməmək; ~ pərdəni götürmək, arı-namusu yemək.

    Полностью »
  • ABIR QOYMAMAQ

    1. Bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abrını tökmək (aparmaq), abrını vermək (almaq), ağ yuyub qara sərmək, quru

    Полностью »
  • ABIRDAN DÜŞMƏK

    biabır olmaq, hörmətsiz olmaq, nüfuzuna xələl gəlmək.

    Полностью »
  • ABIRDAN SALMAQ

    rüsvay etmək, biabır etmək, aşağılamaq; ~ nüfuzdan salmaq, adamlıqdan salmaq, itin sözünü demək.

    Полностью »
  • ABRA DÜŞMƏK

    lazımi şəklə, sahmana, qaydaya düşmək.

    Полностью »
  • ABRA MİNDİRMƏK

    səliqə-sahman yaratmaq, bir şeyin görünən, zahiri tərəfinə daha çox fikir vermək; ~ yaraşığa gətirmək, abra salmaq

    Полностью »
  • ABRA SALMAQ

    bax: abra mindirmək.

    Полностью »
  • ABRI GETMƏK (TÖKÜLMƏK)

    biabır olmaq, rüsvay olmaq; ~ üzünün suyu  getmək (tökülmək).

    Полностью »
  • ABRINA QISILMAQ

    nüfuzunu, hörmətini qorumaq üçün susmağa məcbur olmaq; ~ namusuna qısılmaq, abır gözləmək, abır-həya saxlamaq

    Полностью »
  • ABRINI ÇÖLƏ ATMAQ

    şərəfini, mənliyini, şəxsi ləyaqət hissini  itirmək; ~ namusunu itirmək.

    Полностью »
  • ABRINI ƏTƏYİNƏ BÜKMƏK

    bərk danlamaq, töhmətləndirmək, biabır etmək; ~ abrını vermək (almaq), abrını tökmək (aparmaq), sıxıb suyunu çıxartmaq, ağ yuyub qara sərmək, üzünün s

    Полностью »
  • ABRINI İTƏ ATMAQ

    bax: abrını çölə atmaq.

    Полностью »
  • ABRINI TÖKMƏK (APARMAQ)

    bax: abrını vermək (almaq).

    Полностью »
  • ABRINI VERMƏK (ALMAQ)

    danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abır qoymamaq, ağ yuyub qara sərmək, abrını tökmək (aparmaq), üzünün suyunu tökmək

    Полностью »
  • AC QOYMAQ

    ruzisini kəsmək, gəlir mənbəyindən məhrum etmək, dolanışığına qəsdən  mane olmaq; ~ çörəyinə bais olmaq, çörəyini kəsmək

    Полностью »
  • AC QULAĞIM, DİNC QULAĞIM

    riskli işlərə girişməmək, mübahisələrə qoşulmamaq, qətiyyətli olmamaq mənasında işlədilən ifadə; ~ az aşım, ağrımaz başım

    Полностью »
  • AC-YALAVAC QOYMAQ

    hər şeydən məhrum etmək, var-yoxunu əlindən almaq, müflis etmək, dilənçi halına salmaq; ~ ac qoymaq.

    Полностью »
  • ACI ÇƏKMƏK

    çox fikir eləmək, əzab-əziyyətə düşmək.

    Полностью »
  • ACIĞA DÜŞMƏK

    inad etmək, tərslik etmək; ~ prinsip aparmaq.

    Полностью »
  • ACIĞA SALMAQ

    bərk hirsləndirmək, öz hərəkəti, ya sözü ilə başqasının tərslik etməsinə səbəb olmaq.

    Полностью »
  • ACIĞI GƏLMƏK

    xoşlamamaq, xoşu gəlməmək, bəyənməmək; ~ zəhləsi getmək.

    Полностью »
  • ACIĞI TUTMAQ

    hirslənmək, hiddətlənmək, qəzəblənmək; ~ ağlı başından çıxmaq (getmək), cin atına minmək.

    Полностью »
  • ACIĞINDAN ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    bax: zəncir çeynəmək (gəmirmək).

    Полностью »
  • ACIĞINI BOĞMAQ

    hirsini, acığını büruzə verməmək; ~ səbrini basmaq (cilovlamaq), özünü saxlamaq, hirsini boğmaq (cilovlamaq)

    Полностью »
  • ACIĞINI TÖKMƏK

    hirslənmək, acıqlanmaq, acı sözlər demək; ~ hirsini üstünə tökmək.

    Полностью »
  • ACIĞINI ÜSTÜNƏ TÖKMƏK

    bax: acığını tökmək.

    Полностью »
  • ACIQ ÇIXMAQ

    bax: heyif çıxmaq.

    Полностью »
  • ACIQ VERMƏK

    qəsdən hirsləndirmək, qıcıqlandırıcı hərəkətlər etməklə kimdənsə əvəz çıxmaq, acıqlandırmaq; ~ yanıq vermək, yandı-qındı vermək

    Полностью »
  • ACINDAN BİTİNİ YEMƏK

    bax: acından günorta durmaq.

    Полностью »
  • ACINDAN GÜNORTA DURMAQ

    çox kasıb yaşamaq, yeməyə heç nə tapmamaq; ~ qəpiyə güllə atmaq, acından köpük qusmaq, acından bitini yemək, cibində siçаnlаr oynamaq

    Полностью »
  • ACINDAN KÖPÜK QUSMAQ

    çox kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından bitini yemək.

    Полностью »
  • ACINDAN QARNI FİT ÇALMAQ

    bax: qarnı fit çalmaq.

    Полностью »
  • ACINDAN ÖLMƏK

    həddən artıq kasıb olmaq; ~ acından günorta durmaq, qəpiyə güllə atmaq, acından köpük qusmaq, acından bitini yemək, cibində siçаnlаr oynamaq

    Полностью »
  • AÇARAM SANDIĞI, TÖKƏRƏM PAMBIĞI

    gizli olan bir işi faş etməklə hədələmək, şantaj etmək məqsədilə işlədilən ifadə.

    Полностью »
  • AÇARINI İTİRMƏK

    özünü idarə edə bilməmək,  danışdığı sözün, etdiyi hərəkətin məsuliyyətini dərk etməmək.

    Полностью »
  • AÇIQ BAŞLA

    dərin düşünərək, götür-qoy edərək.

    Полностью »
  • AÇIQ GÖZLƏ BAXMAQ

    hər şeyə realist yanaşmaq, həqiqəti görmək.

    Полностью »
  • AÇIQ QALMAQ

    həll olunmamaq, bir işi aydınlaşdırmadan yarımçıq qoymaq, problemin həllinə nail olmamaq.

    Полностью »
  • AÇIQ QAPI GÜNÜ

    hər hansı müəssisə və ya təşkilatla yaxından tanış olmaq məqsədilə ayrılmış gün.

    Полностью »
  • AÇIQ QIFILA AÇAR SALMAQ

    mənasız işlərlə məşğul olmaq, məqsədi bilinməyən işlərə girişmək.

    Полностью »
  • AÇIQ ÜRƏKLƏ

    səmimi, ürəkdən, xoş niyyətlə.

    Полностью »
  • AÇIL BAŞIMDAN!

    dan. “rədd ol, məni narahat etmə” mənasında işlədilən ifadə.

    Полностью »
  • AÇILMAYAN QAPILARI AÇMAQ

    çətinlikləri aradan qaldırmaq, çox çətin olan işləri həll etmək.

    Полностью »
  • AÇMADIĞI QAPI QALMAMAQ (QOYMAMAQ)

    bax: döymədiyi qapı qalmamaq (qoymamaq).

    Полностью »
  • AD ALMAQ

    yaxşı işinə görə şöhrətlənmək; ~ ad qazanmaq.

    Полностью »
  • AD ÇIXARMAQ

    yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ barmaqla göstərilmək, ad qazanmaq.

    Полностью »
  • AD ELƏMƏK

    nişanlamaq, adaxlamaq.

    Полностью »