ABAD – BƏRBAD Pək şad olaraq güldüm abad olan ölkəmdə... (M.Müşfiq); Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin! (Qoşma)
ABADLIQ – BƏRBADLIQ Şəhərimizin hər yerində abadlıq işləri aparılır. Yolların bərbadlığı hamını narahat edir
ABDAL – AĞILLI Gəl işim var səninlə, gəl, abdal! (H.Cavid); Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi (N
ABIRLAŞMAQ – HƏYASIZLAŞMAQ Məzəmmətdən sonra abırlaşmışdır. Sədrin müdafiəsindən ruhlanan Lal Hüseyn daha da həyasızlaşdı (M
ABIRLI – HƏYASIZ Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir (Ə.Haqverdiyev); Tez ol aç qapını, həyasız qarı! (A
ABIRSIZ – HƏYALI Abırsızdan həyanı saxla (Ata. sözü); Gözəl var ki, həyalıdır; Gözəl də var həyasızdır (M
ACGÖZ – GÖZÜTOX Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur (A
ACIDİL – ŞİRİNDİL Qoca bağban sərt təbiətli, acıdil, əsəbi və daima savaşan arıq kişi idi (M.Hüseyn); Gülüş şirindil qadındır
ACIQLI – MÜLAYİM Kərbəlayı acıqlı səslə cavab verdi (Çəmənzəminli); Buludlar dağılmış, yenə Təbrizdə mülayim, xoş işıqlı günəş çıxmışdı (M
ACIMAQ – QƏDDARLAŞMAQ Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım (M.S.Ordubadi); Düşmən məğlub olduqca qəddarlaşır
ACITMAQ – SAKİTLƏŞDİRMƏK Qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışıq alnı müəllimi lap acıtdı (Ə
ACİZ – BACARIQLI Mən ki zərgərəm, yövmiyyə xərcindən ötrü acizəm (M.F.Axundzadə); Güləbətin hələ evlərində olanda Səlim xanımın bacarıqlı bir dəllala
ACİZLİK – BACARIQLILIQ Ümidsiz olmaq acizlikdir. İnsan yer üzünə səadət üçün gəlir (M.Hüseyn); Bacarıqlılığı sayəsində irəli gedə bilmişdir
ACLIQ – BOLLUQ Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq (S.S.Axundov); Heç bir bolluq, naz-nemət və anadangəlmə səadət onun insan təbiəti
AÇIQ – BÜKÜLÜ İndi xanım da görürdü ki, Güləbətinin qolu dirsəyə qədər açıqdır (M.İbrahimov); Bükülü o qədər ağır idi ki, Güləbətin zorla yeriyir
AÇIQCA – GİZLİCƏ Əsmər ilə Camal Yusif haqqında açıqca danışdıqları halda, Gülər ilə Xalıq kiminsə haqqında gizlicə söhbət edirdilər
AÇIQLIQ – SIXLIQ Meşədə xeyli dolandıqdan sonra meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı (S
AÇILIŞ – BAĞLANIŞ Sərginin açılışı sabah, bağlanışı isə martın 5-də olacaqdır
AÇILIŞMAQ – SIXILMAQ Usta Ağababa əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı (Çəmənzəminli); Fatma ağlamsındı, ancaq onu səsi çox nazikdir, özü
AÇILMAQ – BƏRKİMƏK Bərkidi ayağı, açıldı əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzadə). AÇILMAQ – BÜZÜŞMƏK İsti dəydikcə donları açılırdı
AÇMAQ – YUMMAQ Ağzını açır, yumur, danışır, amma səsini eşitmirik, danışıb qurtarır (Anar)
ADAMAOXŞAMAZ – GÖYÇƏK Ay adamaoxşamaz, bir üzünə baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana (M
ADAMLIQ – HEYVANLIQ Əvvəl də bir adamlığı yox idi! İndi lap heyvanlığı çıxıb üzə (M.İbrahimov)
ADDIMBAŞI – HƏRDƏN Usta ona müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı (Mir Cəlal); Əntiqə hərdən özünə cürət verib ağasından soruşurdu (Mir Cəlal)
ADİ – CİDDİ Bu, adi yol hadisələrindən biri idi. Baba keşiş hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi hadisə baş verib (Elçin)
ADİL – ZALIM Qurban otuz səkkiz ya qırx yaşında bir ağıllı, doğru və adil bir adam idi (İ.Musabəyov); Bu gün sinəmizə bu dərdi yazaq; Sabah zalımların
AFƏRİN – LƏNƏT Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü
AĞ – QARA Ağ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə)
AĞA – NÖKƏR Ağa borc eylər, nökər xərc (Ata. sözü)
AĞALIQ – NÖKƏRÇİLİK Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi (Mir Cəlal); Eh, nökərçilik də bir kişilik deyil, vallah, hamballıq bunun yanında
AĞAPPAQ – QAPQARA Qara gözlərin ağı süd kimi ağappaq, qarası kömür kimi qapqara (G.Hüseynoğlu)
AĞARMAQ – BOZARMAQ Ağ dumanlar ağarır qaşlarda (S.Vurğun); Rəngi bozarmışdır, baxışları sərt (S.Vurğun)
AĞARTMAQ – QARALTMAQ Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı (Mir Cəlal); Bir eşqin şimşəyi çaxdı başımda; Yerimdə kömürtək
AĞBƏNİZ – QARABƏNİZ Ağbəniz... oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C
AĞCİYƏR – CƏSARƏTLİ Əslində isə həddən artıq qorxaq, ağciyər idi (M.Talıbov); Yusif xasiyyətcə yumşaq olsa da, cəsarətli idi, heç bir şeydən qorxmazdı
AĞCİYƏRLİK – CƏSURLUQ Qulam, ağciyərlikdən ağ saç olmaq yaxşıdır (Ə.Əbülhəsən); Oğul, heç vaxt cəsurluğu yaddan çıxartma
AĞGÖZ – CƏSARƏTLİ İgid də qorxarmı? Ağgözə bir bax (S.Rüstəm); Deməli, şərait bizdən tələb edir ki, həm ağıllı tərpənək, həm də cəsarətli! (M
AĞI – ŞİRİN Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? (Nəbati); Nə şirindir, nə coşqundur azadlıq duyğuları (H
AĞILLI – AXMAQ Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn); Eh, sən nə axmaq adam imişsən (C
AĞILLILIQ – DƏLİLİK Əli öz ağıllılığı ilə hamını heyran edərdi. Ağıl olmayan yerdə cəsarət dəlilikdir (M
AĞILSIZ – DÜŞÜNCƏLİ Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətinə heyrət edirdilər (A
AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox ağırdır. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan (M
AĞIRLAŞMAQ – YÜNGÜLLƏŞMƏK Soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır (Mir Cəlal); Amma elə ki, anam danışdı, elə bil mənim ü
AĞIRLIQ – YÜNGÜLLÜK Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır (C.Cabbarlı); Bu yüngüllük Gülərə də təsir etdi (İ
AĞIRTAXTALI – BOŞBOĞAZ Mehdiqulu ağırtaxtalı bir oğlandı, hələm-hələm canına isti keçməzdi (Mir Cəlal); Boşboğaz arvad ərini qabaqladı (M
AĞIRTƏBİƏTLİ – CIRTQOZ Nurəddin anasından sonra birdən-birə dəyişir, ağırtəbiətli bir uşaq olur (S.S
AĞIZDOLUSU – HƏVƏSSİZ Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox həvəssiz danışardı
AĞIZLAŞMAQ – BARIŞMAQ Mən ömrümdə söyüşməmişəm. Birisi ilə ağızlaşmamışam (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qar
AĞKÖYNƏK – CÜRƏTLİ Vahid elə uşaqlıqdan ağköynəkdir. Bununla belə cürətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi (S
AĞLADAN – GÜLDÜRƏN Ağladan yanında otur, güldürən yanında yox (C.Əlibəyov)