ÇAYBASAR-SUBASAR EKOSİSTEMLƏRİ

Hipoekosis-tem qrupuna aiddir, belə ki, dövrü olaraq daşqın rejimi allüvial gətirmələri ilə bu ekosistemin sonrakı inkişafını dayandırır. Bu gətirmələr çaybasarların müxtəlif hissələrində eyni olmur, ona görə də Ç.e. müxtəlif kombinasiyalı ekosistem yaradır. Çay – subasara davamlı taxılotu növləri do-minantlıq edir. Torpağı allüvial çimli-çəmən torpağı olub adətən laylı qatlardan təşkil olunur. Çaysubasar çəmənləri biçənək kimi istifadə olunur.
ÇAY YATAĞI
ÇAYBASARA DÖZÜMLÜLÜK
OBASTAN VİKİ
Çaybasar
Çaybasar — Çay dərəsinin gursululuq dövründə su basan nisbətən düzən dib sahəsinə deyilir.
Çayı subasar
Çaybasar (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
Çaybasar (Puldəşt)
Çaybasar (fars. دهستان چايپاسارشرقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Poldəşt bölgəsinin qərbindədir. 2006-cı il məlumatına görə kənddə 6.132 nəfər yaşayır (1.214 ailə).
Qalacıq (Şimali Çaybasar)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı, Çaybasar-i Şimali dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
İynəada Subasar Meşələri Milli Parkı
İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park. Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır. Milli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır. Ulduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir.