çaypulu (vermək)

to tip someone / to give someone a tip / to get a tip на чай (давать, получать как вознаграждение за услуги)
çaynağını batırmaq
çest vermək
OBASTAN VİKİ
Çaypulu
Çaypulu — müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır. Çaypulu sözünün mənası "xüsusi xidmət sahələrində xidmət qarşılığında işçilərə əsas qiymətə əlavə olaraq verilən müəyyən məbləğ" deməkdir. Çaypulu və onların məbləği ənənə və etiket məsələsidir və bu ənənə ölkə və məkana görə dəyişir. Bəzi yerlərdə təhqir kimi qəbul olunsa da, bəzi yerlərdə isə, əksinə, etiket üzrə qəbul olunub və müştərinin çaypulu verməsi adi hal sayılır. Çaypulu verilməsi əsasən ictimai iaşə sahələrinə aid edilir, ofisiant, taksi sürücüsü, saç ustası və s. peşə sahələrində çalışan şəxslərə çaypulu verilir. Digər hallarda çaypulu verilməsi rüşvət kimi də qəbul edilə bilər, məsələn, ABŞ-də dövlət işçilərinin və polis məmurlarının bəxşiş alması (hətta onlara təklif olunması) qanunsuz sayılır, bu, rüşvət kimi qəbul edilir. Oksford İngilis lüğətinə əsasən "çaypulu (bəxşiş)" sözü ara sözü kimi (slenq, jarqon termini olaraq) meydana gəlmiş və etimologiyası aydın deyil. Online Etimoloji lüğətinə görə, çaypulu sözü 1600-cü illərdə "kiçik bir pul hədiyyəsi ver" mənasını daşıyırdı, 1706-cı ildən etibarən isə "bir mənfəət ver" mənasını daşıyır. "Çaypulu" sözü ilk dəfə 1707-ci ildə Corc Farquharın "The Beaux' Stratagem oyununda fel kimi istifadə olunmuşdur və kriminal aləmdə zarafat ya qeyri-qanuni pul mübadiləsi kimi hər nəyinsə lazımsız və bərabərsiz kimi hədiyyə edilməsini nəzərdə tutan" bir söz kimi istifadə etmişdir.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.