çeçenlər

çeçenlər
çeçencə
çeçenpərəst 2021
OBASTAN VİKİ
Çeçenlər
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Çeçenlərin və inquşların deportasiyası
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi. Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. == Mitinq == 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər. 11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı. 24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır. Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.