çoxağızlı

çoxağızlı
çoxadlılıq
çoxağızlılıq
OBASTAN VİKİ
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.