çoxnüvəli

çoxnüvəli
çoxnövlülük
çoxnüvəlilik
OBASTAN VİKİ
Çoxnüvəli aromatik birləşmələr
Çoxnüvəli aromatik birləşmələr-tərkibində iki və daha çox benzol nüvəsi olan aromatik birləşmələrə deyilir. Bunlar üç tipdə ola bilər: Bifenil tipi: benzol nüvələrinin bilavasitə bir birlə ilə birləşdiyi çoxnüvəli aromatik birləşmələrə bifenil və ya difenil tipli birləşmələr deyilir. Difenilmetan tipi benzol nüvələrinin bir və ya bir neçə alifatik karbon atomu vasitəsilə birləşdiyi çoxnüvəli birləşmələrə difenilmetan tipli birləşmələr deyilir. Naftalin tipi və ya ortaqkarbonlu moxnüvəli birləşərək ortaq karbonlara malik olan naftalində iki karbon atomu nüvələrin ortaq karbonları olub, hər iki nüvəyə aiddir, buna görə də ikinüvəli naftalində on iki yox, on bir karbon atomu vardır. Bifenil tipli birləşmələrin ən sadəsi bifenil və ya difenil C6H5 – C6H5-dir. Difenil, daş kömür qətranında rast gəlir və benzolu yüksək temperaturda qızarmış borular içərisindən buraxmaqla alınır. 2 °C6H6→C6H5 – C6H5+H2 Sənaye də difenil almaq üçün benzol buxarlarını ərinmiş qurğuşunun içərisindən keçirirlər. Bundan başqa difenil və onun homoloqlarını, Fittinq reaksiyası vasitəsilə müvafiq halogenlərə natrium metalı ilə təsir etməklə alırlar. Difenil 700C-də əriyən, 2540C-də qaynayan bərk maddə olub, suda həll olmur, spirtdə və efirdə yaxşı həll olur. Bir sıra kimyəvi xassələrinə görə difenil benzola bənzəyir, onun kimi asan nitrolaşır və sulfolaşır.

Значение слова в других словарях