ürəyi tükdən nazik

to be soft-hearted / to be a gentle person / to have a pliable character / to be a kind man (about a sentimental man) быть мягкосердечным (o сентиментальном человеке)
ürəyi tükdən asılmaq
ürəyi uçmaq
OBASTAN VİKİ
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA) Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Nazik qovaq
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Qaranlığın ürəyi
"Qaranlığın ürəyi" (ing. Heart of Darkness) — Polşa və İngiltərə yazıçısı Cozef Konradın 1899-cu ildə yazdığı macəra romanı. Roman ilk dəfə 1902-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Konradın yaradıcılığının mərkəzində "mədəni insanlar" və "vəhşilər" arasında çox da fərq olmadığı fikri dayanır. "Qaranlığın ürəyi" dolayısı ilə imperializm və irqçiliyi şərh edir. Romanın süjeti Marlounun uğurlu fil sümüyü taciri Kurtsla bağlılığı haqqında izahatının əsasını təşkil edir. Konrad qaranlıq yerlər kimi "yer üzündəki ən böyük şəhər" olan London və Afrika arasında paralellər aparır. Hekayə Mərkəzi Afrikaya səyahətini xatırlayan protaqonist dənizçi Marlounun baxış bucağından nəql edilir. "Şirkət"in göstərişi ilə o, şirkətin fil sümüyü toplayan Kurts adlı agentlərindən birini özü ilə aparmaq üçün uzaqlarda yerləşən bir stansiyaya getməlidir. Kitabın əsas hissəsini Marlounun tropik çay boyunca avropalılara tamamilə naməlum ərazilərdə səyahəti haqqında məlumatları birinci şəxs baxış bucağından nəql etməsi təşkil edir.
İnsan ürəyi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Aşağı Nazik (Puldəşt)
Aşağı Nazik (fars. نازك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (117 ailə).
Nazik barmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Yuxarı Nazik (Puldəşt)
Yuxarı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il məlumatına görə şəhərdə 2,466 nəfər yaşayır (613 ailə).
Nazik bağırsaq xərçəngi
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri. Leyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər. Lipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir. Çoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər. Adenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%).
Bir qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Komissarın Ürəyi (1978)
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci ilə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Uşaq ürəyi (kitab)
Uşaq ürəyi — 1886-cı ildə italyan yazıçısı Edmondo De Amiçis tərəfindən tamamlanan, ibtidai məktəb yaşında olan Enriko adlı italyan oğlanın məktəb və ictimai həyatını onun öz dilindən anladan romandır. Bu, müəllifin öz oğlunun gündəliklərindən ilhamlanaraq yazdığı kitabdır. Dünyanın əksər dillərinə tərcümə edilmişdir. Təhsil elmləri mütəxəssisləri tərəfindən "dünyanın ən faydalı uşaq kitabı" kimi qəbul edilmişdir. 3-cü sinfə gedən Enriko adlı oğlanın bir ilində baş verən hadisələri gündəliyinə yazması və onu oxucularla bölüşməsi. Enriko: Hər bir valideyn rahatlıqla nümunə göstərə bilər. Həmçinin, gündəliklərin də sahibidir. Garrone: Məktəbə 2 il gec başlayan 14 yaşlı böyük oğlan Qarrone həmişə Nellini qoruyur və sevir, digər uşaqları qoruyur, zəifləri məktəbin nadinc şagirdlərindən qoruyur və nəhayət, o, mehriban bir insandır. Derossi: O, birinci sinfə embarqo qoyan biridir. O, zəhmətkeş və çox centlmendir.
Onun böyük ürəyi
Kinopovest Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına həsr olunmuşdur. Burada adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir və cəmiyyətdə özünə rahat yer, asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül xasiyyətli tiplər tənqid olunur. Film üç dövrü-müharibədən əvvəlki, İkinci Dünya müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir. Film operator Rasim Ocaqovun kinoda ilk işidir. Film aktyor Gündüz Abbasovun kinoda ilk işidir. Operator Rasim Ocaqov Rəna obrazının ifaçısı Sveta Cavadova ilə bu filmin çəkilişləri zamanı tanış olmuş və ailə həyatı qurmuşdur. Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Qara Qarayev Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Y.Dolmatovski Rejissor: Yuli Karasik (Yuri Karasuq kimi) Geyim rəssamı: İsmayıl Axundov Redaktor: Fərman Eyvazlı Quraşdırılmış səhnələrin operatoru: V.Alekseyeva Quraşdırılmış səhnələrin rəssamı: V.Qolikov Filmin direktoru: D.Avrutin Çalır: Filmlər İstehsal edən İdarənin Orkestri Dirijor: Q.Hamburq Tamilla Ağamirova — Səmayə Salman Dadaşov — Oqtay Gündüz Abbasov — Rəcəb Leyla Bədirbəyli — Xalidə Sveta Cavadova — Rəna Nodar Şaşıqoğlu — Mənsur Əjdər İbrahimov — Rəsulov Nina Doroşina — Maşa Bahadur Əliyev — Əhməd Natəvan Şeyxova — Lalə L.Kadrov Nikolay Barmin Münəvvər Kələntərli — Səmayənin iş yoldaşı Y.Neçayeva K.Filkenşteyn M.Jarova Y.Ovçinnikova Rüfət Əliyev Əli Zeynalov — Rəsulov (Əjdər İbrahimov) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Səmayə (Tamilla Ağamirova) (titrlərdə yoxdur) Həsənağa Salayev — Oqtay (Salman Dadaşov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Rəcəb (Gündüz Abbasov) (titrlərdə yoxdur) Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.
Nazik bağırsağın qaz sistləri
Nazik bağırsağın qaz sistləri — Bu xəstəlik nadir rast gəlir və nazik bağırsağın divarında qazla dolu sistlərin formalaşması ilə xarakterizə olunur. Sistlər tək və çoxsaylı olur, diametri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişir. Qaz sistləri həm yoğun, həm də nazik bağırsaqda rast gəlir.
Dənizçi ürəyi (film, 1986)
== Məzmun == Kinooçerk balıq sənayesi əlaçısı, uzaq səfərlər kapitanı, SSRİ Dövlət Mükfatı laureatı Zaur Sadıqzadə haqqındadır.
Komissarın ürəyi (film, 1978)
Əjdahanın ürəyi (film,1985)
Əjdahanın ürəyi (ing. Heart of the Dragon) — Samma Hunqun rejissorluq etdiyi komediya-döyüş filmidir. Film Honq Konqda ərsəyə gəlmişdir.Baş rollarda Sammo Hun və Ceki Çan oynayıb. Gənc bir polis Ted, əqli cəhətdən geridə qalan qardaşı Dani, "quldurlarda" uşaqlarla oynayarkən qızıl dolu bir çanta tapır. Çanta — quldur dəstəsinin bir məhsuludur. Adamlarından (oyun zamanı Danny'yi əsl quldur üçün götürüb çantasını atıb qaçdılar) itkini bildilər, ancaq Dani'nin ardınca çantanı tapıb Danini qaçırdılar. Denininin qarşılığında Tedin (çanta yoxa çıxdıqdan sonra polis onu nəzarətə aldı) adamı sərbəst buraxmasını tələb edirlər. Köhnə dostlarının köməyi ilə tikinti sahəsinə (quldur qərargahına) daxil olurlar və bir çox döyüşlərdən sonra Dannyi azad edirlər. Lakin bunun üçün polis tərəfindən həbs olunurlar. Müddəti bitdikdən sonra Ted yenidən geridə qalan qardaşının təhsilinə qayıdır.
Əjdahanın ürəyi (film, 1985)

Onun böyük ürəyi (film, 1958)