Şəbəkəarası paket mübadiləsi
Şəbəkəarası paket mübadiləsi (ing. Internetwork Packet eXchange, rus. межсетевой пакетный обмен) – Novell NetWare şəbəkələrində paketlərin server və işçi stansiyalar arasında ötürülməsini və yönləndirilməsi üçün istifadə olunan təməl protokol. İlk versiyası Xerox şirkətində işlənib hazırlanıb. IPX paketləri Ethernet və ona bənzər sistemlərin paketləri ilə uyğun gəlmir. IPX yeddi səviyyəli OSI modelinin şəbəkə səviyyəsinə uyğundur, ancaq kanal səviyyəsinin bir sıra funksiyalarını da özündə birləşdirir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.