Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb.
Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər:
Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər.
Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.