ŞAMDANGÜLÜ

сущ. бот. пеларгониум, пеларгония (род растений сем. гераниевых с душистыми цветками)
ŞAMDANÇI
ŞAMDANLI
OBASTAN VİKİ
Şamdangülü
Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.

Значение слова в других словарях