ŞLAK KONUSU

şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və birbirinə yapışaraq birləşmiş şəkildə olur. шлаковый конус schlag cone
ŞXER TİPLİ SAHİL
ŞLEYF
OBASTAN VİKİ
Şlak konusu
Şlak konusu (rus. шлаковый конус, ing. schlag cone) — şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
Dənəvərləşdirilmiş şlak
Dənəvərləşdirilmiş şlak - domna və marten sobalarında metal əridilməsində istifadə olunan odadavamlı qum qarşılıqlı gillərdən ibarət kərpici rəngində tullantıların termiki şəraitdə dənəvərləşdirilməsi ilə alınır. Bu üsulla alınan şlaklar həm yüngül, həm də yüksək dərəcədə məsaməli olurlar (ümumi həcminin 70 %-dən çox). Neft mədəni yerlərində mazutlaşmış və bitumlaşmış torpaqlann rekultivasiyasında yağlı-qatranlı kütlənin parçalanmasında daha doğrusu rekultivasiya qatının yaradılmasında fəallaşdırıcı maddə kimi istifadə edilir.
Gətirmə konusu
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevrilmiş yarım konus şəklində toplanması. Konusun yamacının meyilliyi 30–40° olur.
Vulkan konusu
Vulkan konusu (rus. вулканический конус, ing. volcanic cone) — vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.