ŞXER

(isv. skar) keçmişdə buz örtüyü olan yerlərdə (Kareliya MSSR, Finlandiya, İsveç, Norveç, Kanada və s.) dənizlərin və göllərin sahilboyunda yerləşən kiçik, alçaq qayalıq adalara deyilir. Bu adalar, adətən kristallik süxurlardan ibarətdir; səthində buzlaqların izləri (cizgilər və s.) vardır. Bəzi dənizin və ya gölün sahillərində çoxlu miqdarda Ş. yerləşir və xeyli fərqli olan sahil əmələ gətirir ki, buna Ş.tipli sahillər deyilir.
ŞƏLALƏ
ŞİMALİ AMERİKA ANTİSİKLONU
OBASTAN VİKİ
Şxer
Şxer (rus. шхеры, ing. scarrys) — keçmişdə buz örtüyü olan yerlərdə dənizlərin və göllərin sahilboyunda yerləşən kiçik, alçaq qayalıq adadır. Şxerlər adətən kristallik süxurlardan ibarət olur, səthində buzlaqların izləri (cizgilər və s.) olur. Bəzi dənizin və ya gölün sahillərində çoxlu miqdarda şxer yerləşir və xeyli fərqli olan sahil əmələ gətirir ki, buna şxer tipli sahil deyilir.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.

Значение слова в других словарях