Oğlanqala mərmərləşmiş əhəng daşı yatağı
Oğlanqala yatağı — mərmərləşmiş əhəng daşı Şərur rayonu ərazisində, Şərur d.y.st.-ından 8 km şimal-şərqindədir.
Geoloji quruluşunda Üst Karbon yaşlı, tünd-boz və qara rəngli kristallik mərmərləşmiş əhəngdaşılar iştirak edir.
Tektonik cəhətdən Dizə-Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətdə kalsit damarları ilə kəsilir.
Sıxlığı 2,53–2.72 t/m³-dir.
Tərkibində CaO-nın miqdarı 51,8% təşkil edir. Əhəngdaşı yüksək keyfiyyətli üzlük daşı və dekorativ çınqıl kimi yararlıdır. Yatağın sənaye ehtiyatı 2299 min m³, blok çıxışı 35%-dir.