ƏLƏVİLƏR

ismaililik və Xristian qnostik təlimlərinə yaxın təriqətin ardıcıllarıdırlar. Onları nüseyrilər, qızılbaşlar, əliilahilər də adlandırırlar. Ələvilər daha çox Suriyada yaşayırlar. Müsəlman alimlərinin çoxu onları İslamdan çıxmış təriqət hesab edirlər. Ələvilik hicrətin III əsrində yaranmışdır. Sonra isə bu təriqəti Məhəmməd Cənnan Cünbulani inkişaf etdirmişdir. Ələvilərə görə əhli-beyt əzəli olan sonsuz biliyə sahibdir. Əli ibn Əbu Talib isə ölməmişdir, Allahın yer üzərindəki təcəllisidir. Onlara görə dinin gizli (batin) və açıq (zahir) tərəfləri vardır. Bununla bərabər onlar inanırlar ki, tanrı nurundan ilhamlanmış imamlar gizli biliklərə sahibdirlər. Ələviliyin bir çox tərəfi ilə antik fəlsəfi cərəyanlardan biri olan Yeni platonçuluğun oxşarlıqları vardır. Xüsusən də, bu bənzərlik emanasiyada (tanrının nurla kainata enməsidir) özünü əks etdirir. Emanasiya ələvilikdə Anlam, Adlar və Qapılar üçlüyü kimi düşünülür. Tanrının nuru öncə göy fələklərinə, sonra yerə enir, sonda isə peyğəmbərlərdə özünü göstərir. Ələvilər ruhun bir bədəndən başqasına köçməsinə inanırlar. Bu təlimin davamçıları alimlərə və rəiyyətə bölünürlər. Onlar başqa müsəlmanların inandıqları bir çox inancları inkar edirlər.
ƏLƏVİLƏR
ƏLİ İBN ƏBU TALİB
OBASTAN VİKİ
Ələvilər
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ələvilər (Suriya)
Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية‎ - Al-Nusayrīyah, ya da ərəb. العلوية‎ - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".
Ələvilər (Təbəristan)
Təbəristan Ələviləri (maz. تبرستون علویون ərəb. علويون طبرستان‎) — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın (İmam Həsən ibn Əli)nəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtları Amul şəhəri idi.
Ələvilər Məscidi
Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir. Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir. Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir. Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır.
Ələvilər sülaləsi
Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين‎‎) — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır. Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər.

Значение слова в других словарях