ərciş 2021

ərciş
ərcanlılıq
ərcümənd 2021
OBASTAN VİKİ
Ərciş
Ərciş — inzibati cəhətdən Türkiyənin Van ilinə daxil olan ilçələrdən biri. Ərciş ilçəsi 2,115 km² ərazini əhatə edir.Van gölündən 5 km məsafədə qurulan Ərciş, Vandan 100 kilometr aralıdır. Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan olan məlumatına əsasən Ərciş ilçəsinin faktiki əhalisi 159,450 nəfərdir (82612 nəfəri kişilər, 76838 nəfəri qadınlar). Onlardan 76,463 nəfəri (40195 nəfəri kişilər, 36268 nəfəri qadınlar) şəhər əhalisi, 82,987 nəfəri (42417 nəfəri kişilər, 40570 nəfəri qadınlar) isə kənd əhalisidir. Bölgədə əsasən Türklər (daha çox azərbaycanlılar) və kürdlər yaşayır.Ərciş əhalisinin kürdlər, azərbaycanlılar (kürəsünnilər), Anadolu türkləri və sonradan Əfqanıstandan burada yerləşdirilmiş qırğızlardan ibarətdir.
Ərciş qalası
Evliya Çələbi'yə görə ərciş qalasi Səlcuqlu Sultanı Qılıç Arslan tərəfindən Hicri 521 (M. 1127) ilində tikilmiçdir. Van Gölü suları altında qalmış olan qalanin sadəcə iki bədəni ayaqda qaldığından tam olaraq nə zaman yaptırıldığı bilinməməktədir. Ancaq, əsas qənaatə görə Elxanlı hökümdarı Olcaytu'nun vəziri Tacəddin Əli Şah tərafindən 14. əsrdin əccələrində inşaası başladılmışdır. 1420 tarixində Təbriz yaxınlarında Teymuroğlu Şahruh ilə qarşılaşacağı zaman vəfat edən və cənazəsi dəvə belində Ərcişə getirilen Kara Koyunlu hükümdarı Kara Yusuf Beg'e ait olabileceği düşünülmektedir. Ancak, Qara Yusif'in cənazəsinin sağlığında tikdirmiş olduğu, Ərciş Qalası yaxınındaki Van Gölü suları altında qalmış olan Qara Yusif Zaviyəsi yanında inşa edilən kümbətə dəfnədilmiş olması daha doğru kəbul edilir. 1592 ilinə ait Van Bəylərbeyliği ile əlaqəli vəqif dəftərində; Qara Yusif'un Ərciş Qalasındakı zaviyısindı mıtfun olduğu qeyd edilmişdir.
Ərciş Döyüşü (1395)
Ərciş döyüşü — 1395-cü ildə Qaraqoyunlular ilə Teymurilər dövləti arasında baş vermişdir. Əmir Teymur Avnik qalasını çox böyük dirənişlə qarşılaşmasına baxmayaraq almağı bacardı. Bu qalanı Qara Yusifin qardaşı Misir Xoca müdafiə edirdi. Əmir Teymur 43 gün boyunca Avniki mühasirədə saxladı. Misir xoca bir neçə dəfə Əmir Teymurun təslim olma tələbini geri çevirsədə nəhayət 1 avqust 1394-cü ildə Qaladaki aclıq ve digər səbəblərə görə məcburən qılınc kəfən ilə Əmir Teymurun hüzuruna gedərək əhv dilədi, Əmir Teymur onu Səmərqəndə göndərdi və qısa müddət sonra burda öldü Avnik Qalasının idarəçiliyini öz əmirlərindən Atlamışa tapşıran Əmir Teymur bundan sonra indiki Gürcüstan istiqamətində hərəkət etdi. Bunu eşidən Qara Yusif indiki Türkiyənin Van şəhərində yerləşən Ərcişə gəldi. Həmin vaxt orda Əmir Teymurun Əmirlərindən İzzətdin şir var idi. Qara Yusifin gəlişindən xəbər tutan əmir dərhal Atlamışa xəbər göndərdi və özü Türkmən ordusuyla vuruşmağa getdi. İlk həmlədəcə Məğlubiyyətə uğradı. Bu zaman Qara Yusif Atlamışın 400 atlı ilə oraya gəldiyini eşidərək atlamışa hücum etdi.