əsəb düyünü

a bundle of nerves комок нервов
əsassız (səbəbsiz)
əsəbi halda qışqırmaq
OBASTAN VİKİ
Əsəb sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Dağ düyünü
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Limfa düyünü
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Qarabağ düyünü
Qordi düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qordion düyünü

Qafqaz Düyünü
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Heberden düyünü
Heberden düyünü (ing. Heberden´s node) – OA-da əlin DİF-da, ilk növbədə klimakterik dövr qadinlarda ağrılı (sinovitə bağlı), simmetrik, hərəkəti məhdudlaşdıran düyünlər əllənir, çox vaxtı Buşar düyünləri ilə birlikdə olur.
Qarabağ düyünü (kitablar)
Qarabağ düyünü (film, 1993)
Qarabağ düyünü — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Film Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın tarixindən, keçmişdən ta bu günədək siyasi oyunlar burulğanında keçdiyi çətin və mürəkkəb yoldan bəhs edir. Film "Azərkinovideo" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq İmirli Ssenari müəllifi: Həsən Quliyev, Tofiq İmirlinin iştirakı ilə Operator: Rövşən Quliyev Səs operatoru: Marat İsgəndərov "Azərkinovideo" İstehsalat Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.