ƏSHABÜS-SÜFFƏ

Mədinə məscidinin ətrafında Süffə adlanan yerdə, oxuyub- yazmağı və dinin əsasını öyrənmək məqsədi ilə bir araya gələn səhabələrdir. Rəvayətlərə görə onların sayı səksən və ya bundan bir qədər çox olmuşdur. Onlar Süffədə məskunlaşaraq peyğəmbər vasitəsi ilə dini biliklərə sahiblənən yoxsul insanlar idilər. Əshabüs-Süffə əsl abidlik nümunəsidir. Onlar bütün ömürlərini Allaha ibadət etməklə keçirmiş, yalnız ehtiyac olanda məsciddən kənara çıxmışdırlar. Bununla yanaşı, Əshabüs-Süffə bacardıqları qədər tələbatlarını ödəmək məqsədi ilə əməklə də məşğul olmuşdurlar. Quranın “Bəqərə” (2) surəsinin 273-cü ayəsi məhz Əshabüs-Süffə haqqında nazil olmuşdur. Məhəmməd peyğəmbər onlara qayğı göstərmiş, Beytül-Malın bir hissəsini onlar üçün ayırmışdır. Bununla belə, Əshabüs-Süffə təkcə yoxsul insanlardan ibarət deyildilər. Onların arasında Məhəmməd peyğəmbəri görmək üçün Mədinəyə gələn və qalmağa yerləri olmayan ziyarətçilərdə olmuşdurlar. Bundan başqa Əshabüs-Süffəni tərk edənlər də olurdu. Onların yerlərinə isə başqaları gəlirdi. Əshabüs-Süffə aramsız ibadət edib, oruc tutmaqla yanaşı dini elmləri də öyrənirdilər. Məhəmməd peyğəmbərlə yanaşı bəzi tanınmış səhabələr də onlara dinin əsasını və digər dini məsələləri öyrədirdilər. Əshabüs-Süffəni İslamda ilk elm ocağı kimi dəyərləndirmək mümkündür. Əshabüs- Süffə davamlı olaraq Məhəmməd peyğəmbəri izləmiş və onun söylədiyi ifadələri, etdiyi davranışları nəql edərək hədis ravilərindən olmuşdurlar. Məhəmməd peyğəmbər onlardan ən savadlılarını müxtəlif qəbilələr arasında İslamı təbliğ etmək üçün fəth olunmuş yeni ərazilərə göndərirdi. Mədinəyə İslam dini ilə tanış olmağa gəlmiş çoxlu sayda insan Əshabüs-Süffədən elm öyrənmişdir. İslamın ilk müəzzinləri – Bilal Həbəşi və Abdullah ibn Ümm Məqtum, eləcə də Əbu Zər Ğəffari, Hüzeyfə, Əmmar, Həbbab, Səlman Farisi, Süheyb Rumi, Ukbə ibn Əmir kimi görkəmli səhabələr də Əshabi- Süffədən olmuşdurlar. Müxtəlif tədqiqatçılar hesab edirdilər ki, “süffə” sözündən “sufi” sözü yaranmışdır. Sufi kitablarında Əshabi- Süffə ilk müsəlman abidləri kimi anılırlar.
ƏSHABÜR-RƏY
ƏSHABÜŞ-ŞƏCƏRƏ
OBASTAN VİKİ
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.