КЬАДАР
(-ди, -да, -ар) 1. miqdar, qədər, say, kəmiyyət; 2. məc. hüdud, hədd, ölçü, hədd-hüdud; 3. qədər, qismət, tale, müqəddərat; * бес кьадар kifayət qədər, bəs qədər; гзафвилин кьадар qram. cəm, cəm say; гьи кьадар nə qədər, nə miqdar, nə dərəcədə, nə nisbətdə; и кьадар a) bu qədər, bu miqdarda; b) bu qədər, bitdi, vəssalam (sözə, söhbətə xitam vermək üçün işlənlir); кьадардин наречие qram. miqdar zərfi; кьадардин числительнияр qram. kəmiyyət sayları; кӀвалахдин кьадар işin həcmi; са кьадар bir qədər, bir az, qeyri-müəyyən miqdar; теквилин кьадар qram. tək (say).