QUMARBAZ

сущ.
1. азартный игрок, картёжник, картёжница
2. шулер (человек, который мошенничает при игре в карты)
QUMAR
QUMARBAZLIQ
OBASTAN VİKİ
Qumarbaz
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Qumarbaz (roman)
Qumarbaz (rus. Игрок) — Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan Cinayət və cəzadan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır (Qumarbaz romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla - Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır. O, ilk dəfə 1 sentyabr 1863-cü ildə birinci həyat yoldaşının bacısına göndərdiyi məktubda qumara olan marağının ilkin uğurunu təsvir edir: Aleksey İvanoviç - baş qəhrəman. Əsərdə qumar asılılığı olan Alekseyin başından keçən hadisələr cərəyan etməkdədir. Genralın qızı Polina Aleksandrovnayanı sevir. General - 55 yaşında bir dul generaldır və Madmazel Blançeni sevir. Polina Aleksandrovna Prakovya - Generalın ögey qızı.
Qumarbaz (dəqiqləşdirmə)
Qumarbaz və ya qumarçı — Qumar oynayan şəxs.
Qumarbaz (film)
Qumarbaz və ya qumarçı — Qumar oynayan şəxs.
Qumarbaz (film, 1993)
Baazigar (hind. बाज़ीगर, urdu dil. بازیگر) — triller janrında olan Bollivud filmidir. Filmin rejissoru Abbas-Mustan cütlüyüdür. Musiqilərin müəllifi Anu Malikdir. Anu Malik bu musiqilərə görə Filmfare mükafatına layiq görülür. Musiqilər Venus Music şirkəti tərəfindən istehsal olunub.
Qumarbazlıq
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.

Значение слова в других словарях