tövrat 2021
tövsif 2021
OBASTAN VİKİ
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylar (Tövrat)