Abdikasiya
Abdikasiya (lat. abdicatio) — taxt-tacdan, hökmranlıqdan, ad-sandan, rütbədən könüllü olaraq imtina etmək. Tarixdə bir sıra hallar mövcuddur ki, monarx (imperator, kral) könüllü olaraq səlahiyyətlərini yerə qoyaraq, taxt-tacdan imtina etmiş ya da həmin səlahiyyətlərini qardaşına ya övladına güzəştə gediblər.
== Tarixdə ==
Almaniyada 1848-1849-cu illər inqilabı gedişində I Lüdviq taxt-tacdan oğlu II Maksimiliannın xeyrinə imtina etmişdir.
Birinci Holland kralı Napoleonun kiçik qardaşı I Lüdovik Bonapart taxt-tacdan oğlu II Lüdovik Bonapartın xeyrinə imtina etmişdir.
V Filipp 1724 cü ildə, melanxoliyadan və sinir pozğunluğundan əziyyət çəkdiyinə görə taxt-tacdan oğlu I Luisin xeyrinə imtina etmişdir.
Niderland kralı I Villemin bacarıqsızlığı ucbatından dövlət borclarının artması onu kral kimi gözdən salmış olur və nəticədə 7 oktyabr 1840 cı ildə taxt-tacdan böyük oğluna II Villemin xeyrinə imtina etmiş olur.
Rza şah Pəhləvi 1941-ci ilin avqust ayında Sovet və İngils qoşunları İranın ərazisinə yeridildikdən sonra oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkməyə məcbur olmuşdur.
== Müasir dövrümüzdə ==
30 aprel, 1980 cı ildə Niderland kraliçası Yuliana 71 yaşında fərman imzalayaraq, böyük qızı şahzadə Beatriksin xeyrinə taxt-tacdan imtina etmişdir. Bundan 33 il sonra 75 yaşında Beatriks fərman imzalayaraq taxt-tacı böyük oğlu Villem-Aleksandra təhvil vermişdir.