Achatina
Axatina, Achatinidae fəsiləsinə aid orta və çox iri, hava ilə nəfəs alan, tropik quru ilbizləri, yerüstü qarınayaqlı mollyuskalar cinsidir.
== Ümumi xüsusiyyətlər ==
Axatina ilbizləri təsir edici ölçüləri ilə xarakterizə olunur və öz sinfinin ən böyük nümayəndələri hesab olunur.
İlbizin ağzında qidanı üyütmək üçün istifadə edilən təxminən 25 min diş vardır.
Asetonun, benzinin, spirtin xüsusi qoxularını və sairəni Axatina 4 santimetr, yemək aromalarını isə 2 metr məsafədən hiss edir.
Molyuska regenerasiya prosesi ilə xarakterizə olunur — zaman keçdikcə yalnız zədələnmiş toxumaları deyil, həm də itirilmiş orqanları bərpa olunur.
== Ölçü diapazonu və struktur müxtəlifliyi ==
Axatina ilbizləri ən böyük quru qarınqabağıdır. Təbii mühitdə və ya ona mümkün qədər yaxın şəraitdə onların uzunluğu 25 santimetrə qədər, qabıq isə 30 santimetrə qədər böyüyür. Bu mollyuskaların orta ölçüsü 12 ilə 15 santimetr arasında dəyişir.
Yetkin bir Axatina 150–250 qram ağırlığında olur. Bu göstərici birbaşa saxlanma şəraitindən asılıdır.