Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır.
== Tərkibi ==
3 kq qırmızı bibər
300 qr bolqar bibəri
100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər)
0,8 kq pomidor
4-5 diş sarımsaq (zövqə görə artırıla bilər)
dada görə duz
== Hazırlanma qaydası ==
Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.