adlandırılma

adlandırılma
adlamaq
adlandırılmaq
OBASTAN VİKİ
Amerikanın adlandırılması
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.

Значение слова в других словарях