ADVENTİSTLƏR

XIX əsrin əvvəllərində ABŞ-da xristian təriqətinin davamçıları (protestontizm əsasında meydana gəlib).
ADİYAT
AFƏRİNƏNDƏ
OBASTAN VİKİ
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.