AGİTASİYA
(latın agitatio-hərəkətə gətirmək; vadar, məcbur, təhrik etmək)
kütləvi informasiya vasitələri (KİV) ilə (televiziya, radio, qəzet və jurnal vasitələri ilə), eləcə də mitinqlərdə, yığıncaqlarda çıxışlar, məruzələr vasitələri ilə, bundan savayı görüntü (plakat, stend şüarları) və incəsənət yaradıcılığı (kino, klip, bədii ədəbiyyat) və s. vasitələri ilə insan kütləsini siyasi aktivliyə cəlb etmək və ya öz tərəfinə cəlb etmək məqsədini güdən siyasi fəaliyyət.