Akrafoniya
Akrofoniya - [yun. akros – kənar, phone – səs] ilkin söz birləşməsinin sözlərinin baş hərflərindən əmələ gəlmiş sözlərdir. Hərflərin əlifbada adlarına görə yox, adi söz kimi oxunur (abreviatur). Rus dilində bəzi mürəkkəb qısaldılmış sözlər akrafoniya prinsipi üzrə qurulmuşdur. Məsələn, BAM-Baykal Amur magistralı, MUM-Mərkəzi universal mağaza.
Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.