akveduk

akveduk
akvatoriya
akvizisiya
OBASTAN VİKİ
Akveduk
Akveduk, (lat Aquae ductus) — hərfi tərcümədə su kəməri, daha dar mənada akveduk nəqliyyat üçün deyil, su ötürülməsi üçün nəzərdə tutulmuş körpü. Belə körpüləri o halda təşkil edirlər ki suyu çatdırmaq üçün dərin dərələr, vadilər, kanyonlar, çaylar eləcə də küçələr, yollar üzərindən ötürmək zərurəti yaranır. Bəzi akveduklar altında gəmilərin keçməsi üçün imkan yaradılır. Akvedukların novdanları çirklənmənin və buxarlanmanın qarşısını almaq üçün üstdən örtülür və enişlərdə tağlı aşırımların üzərində inşa edilir. Belə tikililər qədimdən Yaxın Şərqdə mövcuddur, məsələn e.ə 691 ildə Sineherebin vaxtında Nineviyada inşa edilən su kəməri. Yunanlar su təchizatı üçün yerin altında su kəmərləri çəkirdi və hətta dağlarda tunellər də qazırdı. İri hidrotexniki qurğuları ilk olaraq romalılar tikməyə başladılar. 14 akvedukdan birincisi "Akua Appiyanı" -Romada e.ə 312 ildə tikilib; sonuncu iri akveduk Klavdinin əmri ilə inşa edilmişdir; onun vasitəsilə Roma sutkalıq 700 min m³ su alırdı. Məsafəsi 132 km olan ən uzun akveduk Adrianın vaxtında Karfagendə inşa edilmişdi. Köln suyu uzunluğu 88 km olan akveduk vasitəsilə Efeldən alırdı.
Akveduk (kənd)
Akveduk (Kabard.-çərk. Акуэдук) kəndi Kabarda-Balkariya Respublikasının Terek rayonunda yerləşir. "Yeni-Həmidiyə kənd yaşayış məntəqəsi"nin bələdiyyəsinə daxildir. == Coğrafiya == Akveduk kəndi Terek rayonunun şərq hissəsində, Kurp çayının sol sahilində yerləşir. Yeni-Həmidiyə kənd mərkəzindən 7 km şərqdə, regional mərkəzdən 55 km şimal-şərqdə və Nalçikdən 97 km şimal-şərqdə yerləşir. Kəndin şərqində Kabarda-Balkariyanın Şimali Osetiya ilə inzibati sərhədi yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Yeni-Həmidiyə , şimal-qərbdən Həmidiyə və şərqdə Aşağı Malqobek. Kənd Terek silsiləsinin şimal ətəyində, meylli Kabarda düzənliyində, dağətəyi ərazidən respublikanın dağlıq zonasına keçiddə yerləşir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 207 metr yüksəkdir. Torpaq möhkəmdir və əsasən cənubdan Terek silsiləsinin yamaclarına keçən meylli dağətəyi düzənlikdən ibarətdir.
Seqoviya akveduku
Seqoviya akveduku — İspaniyanın Seqoviya şəhərində Qərbi Avropada Qədim Romadan qalmış ən uzun akveduk. Uzunluğu 728, hündürlüyü 28 m. Çoxkilometrlik yerüstü su kəmərinin bir hissəsi. Ehtimal ki Vespasianın dövründə inşa edilib. Yuneskonun Ümumdünya irsinə daxildir.

Значение слова в других словарях