ALAÇIQ
ALADODAQ
OBASTAN VİKİ
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir. İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır. Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.

Значение слова в других словарях