ALBİNİZM

сущ. биол. альбинизм ( см. ağcalıq )
ALBATROS
ALBİNOS
OBASTAN VİKİ
Albinizm
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki, dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi, funksional çatışmazlığıdır. Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır[mənbə göstərin]. Ən çox albinos Nigeriyada olub, hər 3000 adamdan biri albinosdur[mənbə göstərin]. Albinizm irsidir və müalicəsi yoxdur.

Значение слова в других словарях