Aldehidlər
Aldehidlər (latınca: "alcohol dehydrogenatum", mənası: "Hidrogenini itirmiş spirt) - molekullarında karbohidrogen ilə birləşmiş aldehid qrupu olan üzvi maddələrə deyilir. Aldehidlərin tərkibində Karboksil qrupu vardır. Tərkibində Alkil və ya Aril radikal əvəzediciləri vardır. Doymuş birəsaslı aldehidlərin ümumi formulu: СnН2n+1CHO
== Ümumi məlumat ==
"Aldehid" sözü hidrogenini itirmiş spirt deməkdir və iki latın sözünün - alkoqol (spirt) və dehidrogenləşmə (hidrogenini itirmə) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Karbohidrogen radikalının təbiətindən asılı olaraq Aldehidlər doymuş (məsələn, Sirkə aldehidi), doymamış (məsələn. Akrolein) və aromatik (məsələn, Benzol aldehidi) aldehidlərə ayrılır. Aldehidlərin və ketonların xassələri demək olar ki, eynidir. Aldehid və ketonlarda yan zəncirdə və karbonil qrupunda (-CHO) əvəzetmə reaksiyaları baş verə bilər. Aldehidlər polimerləşə bilir. Suda yaxşı həll olur.