Alloxton
Alloxton — yunan sözü olub Allos — başqa və chthon — yer, torpaq mənasındadır.
Alloxton müxtəlif geoloji amillərin təsiri nəticəsində ilkin yatım yerindən maili (çox vaxt dalğavari) səth üzrə sürüşərək örtük strukturunun əsas hissəsini əmələ gətirən süxurlar kompleksi. Alloxton horizontal yerdəyişmə amplitudu bir neçə km-dən yüz km-lərə qədər olur. Alloxton süxurlar çox vaxt yeni fərqli struktur-fatsial zonalara köçürülür.
Alloxton qranitoidlər avtoxton qranitoidlərdən fərqli olaraq, tərkib maddəsinin əmələ gəldiyi yerə nisbətən başqa yerə köçürülmüş qranitoidlər. Alloxton qranitoidlər reomorfik, intruziv-reomorfik, intruziv-anatektit, intruziv-maqmatit qranitoidlər aiddir.
Alloxton maqma Ştilleyə görə, qonşu vilayətdən qabıqaltı zonaya miqrasiya etmiş palingen maqmadır.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.