ALNIYEKƏ
ALOE
OBASTAN VİKİ
Filipp Alo
Filipp Alo (fr. Philippe Alliot; 27 iyul 1953) 1984–1990 və 1993-1994-cü illərdə Formula 1 yarışçısı olub. O, RAM, Ligier, Larrousse və McLaren komandasında yarışıb. == Bioqrafiya == Politologiya elmini öyrənərək, o, idman sahəsində karyerasına gec başlamışdır. 21 yaşında Motul yarış məktəbinə daxil olur. Burada təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Politologiya elmindən imtina etdi. 1976-cı ildə, Formula Renault yarışına qatıldı və 1978-ci ildə BP Racing komandasında çempionluq qazandı. 1979-cu ildə o, Fransa Formula 3-ə qatıldı. İlk yarışında üçüncü yeri qazandı və sonradan Avropa Formula 3-ə qatıldı. 1983-cü ildə Formula 2-ə qatıldı və heç bir yer qazanmadı.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Alo (Aryej)
Alo (fr. Alos) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sen-Jiron kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09008. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,4%, 1999-cu ildə 62.5%). Fəal olan 50 nəfərdən 42 nəfəri (26 kişi və 16 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alo, bu mənəm (film, 2013)
Alo, bu mənəm filmi rejissor Nonna Müzəffərova tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə rolları Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, Mətanət Abbaslı və Rafiz Mehdizadə ifa edirlər. Filmdə hadisələr “qazdığı quyuya” düşən soyğunçu ətrafında cərəyan edir. == Məzmun == Filmdə hadisələr “qazdığı quyuya” düşən soyğunçu ətrafında cərəyan edir. Boş bir evə oğru girir. İşini bitirib evdən çıxmağa macal tapmamış evin sakinləri bir-bir gəlib çıxır. Müəmmalı telefon zəngləri isə hadisələrin axarını dəyişir.
Dənizdən keçən alov (film, 1964)
Falco alopex
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. == Təsviri == Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Fernando Alonso
Fernando Alonso (29 iyul 1981[…], Oviedo[d], Ovyedo vilayəti[d]) — İspaniyalı Formula 1 pilotu. == Bioqrafiya == Fernando Alonso 1981-ci il iyulun 29-da İspaniyanın şimalındakı Ovyedo şəhərində anadan olub. Onun atası Xose Luis yaşadıqları Ovyedo şəhəri yaxınlığındakı partlayıcı maddələrin hazırlandığı zavodda mexanik, anası ilə univermağın əməkdaş olub. Fernandonun Lorena adlı özündən böyük bacısı var. Həvəskar kartinq yarışçısı olan atası bu marağının övladlarına da keçməsini istəyir və səkkiz yaşlı Lorena üçün kart düzəldir. Lakin Lorena üç yaşlı Fernandondan fərqli olaraq, buna maraq göstərmir. Fernando aldığı təhsili də avtoidmana görə yarımçıq qoyur. Fernando 2006-cı ildə Rakel del Rosario ilə ailə qurur. Onlar 2011-ci ildə ayrılırlar. Sonra rus Daşa Kapustina ilə münasibəti olan Fernando ondan da ayrılır və həmerlisi Lara Alvarezlə görünürdü.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Harri Potter və Alov Kuboku (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Kuboku (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Labirint qaçışçısı: Alov sınaqları (roman)
Alov sınaqları və ya original adı ilə “The Scorch Trials” adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının ikincisi olub 2010-cu ildə nəşr edilmiş yeniyetmə romanıdır.
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. == Süjet xətti == Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Markos İmas Alonso
Markos İmas Alonso, Markitos ləqəbi ilə də tanınır (isp. Marcos Alonso Imaz; 16 aprel 1933, Santander – 6 mart 2012, Santander) — müdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu. O, daha çox "Real Madrid"in beş Çempionlar Kubokunu udan heyətindəki çıxışı ilə tanınır. == Klub karyerası == Markitos Kantabriya bölgəsinin Santander şəhərində anadan olmuşdur. Karyerası boyunca o, yerli Rasinq Santander, Real Madrid, Erkules, Real Mursiya, Kalvo Sotelo və Toluko Santander klublarında çıxış etmişdir. Merinqlər ilə o, 6 La Liqa və 5 Çempionlar Kubokunu qazanmışdır; sonuncunun 1955/1956 mövsümündə o, "Reyms" klubunun qapısına nadir qollarından birini vurmaqla hesabı 3–3 bərabərləşdirdi, oyun isə 4–3 hesablı qələbə ilə bitdi. == Milli komanda karyerası == 1955-ci ildən 1960-cı ilə qədər İspaniya milli futbol komandasının heyətində 2 yoldaşlıq oyununda iştirak etmişdir. == Şəxsi həyatı və vəfatı == Markitosun oğlu Markos Alonso Penya da futbolçu və məşqçi olmuşdur. Onun karyerası ərzində çıxış etdiyi klublar arasında "Barselona" və "Atletiko Madrid" var, o, həmçinin İspaniya millisinin üzvü olmuşdur. Markitosun nəvəsi Markos Alonso Mendosa da Real Madrid və İspaniyanın heyətlərində oynamışdır, bundan başqa o, xüsusən "Bolton Uonderers" və "Çelsi"nin şərəfini qoruyaraq İngiltərədə uzun müddət keçirir.
Mirəli Alosmanov
Mirəli Alosmanov (Alosmanov Mirəli Seyfəddin oğlu; 4 may 1939, Ağsu – 3 noyabr 2022, Padarqışlaq, Ağsu rayonu) — Texnika elmləri doktoru. Professor Mirəli Alosmanov 1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında"Zaqafqaziya təbii-mineral birləşmələr sənayesinin əsasında fosforlu gübrə texnologiyası və prosesin fiziki-kimyəvi əlaqəsi"mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. Neft, kimya və üzvi sintez istehsalı proseslərindən alınmış, buxarlandırılmamış aşağıqatılıqlı sulfat turşusu əsasında monokalsifosfatın alınması Zaqafqaziya təbii birləşmələri və müxtəlif sənaye tullantılarını tətbiq etməklə fosforlu gübrələrin istehsalı texnologiyasının fiziki-kimyəvi əsaslarının öyrənilməsi Faydalı qazıntıların əlavəsi ilə metallurgiya sənayesi tullantılarının əsasında gübrə və meliorantın alınması və istehsalata tətbiqinin öyrənilməsi Neft quyularının qazılmasından alınan və üzvi kompleks tullantıların modifikasiyaedici birləşmələrlə zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi və istehsalata tətbiqinin öyrənilməsi Təbii-mineral, müxtəlif sənaye və məişət tullantıları əsasında üzvi-mineral kompleks gübrə, meliorant və bitkimühafizəedici birləşmələrin alınma texnologiyasının işlənməsi və proseslərin fiziki-kimyəvi əsaslarının qanunauyğunluqlarının öyrənilməsi. 2005-ci ildə Böyük Britaniyanın Cambridge Universitetində 100-dən çox alimdən biri kimi tanınıb.
Monqol bayrağındakı alov, günəş və ay
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Musiqili alov fəvvarəsi
Musiqili alov fəvvarəsi — Koroğlu metrostansiyası yaxınlığındakı istirahət parkında fəvvarə. Fəvvarə Bakı Olimpiya Stadionunun və Milli Gimnastika Arenasının yaxınlığında yerləşir. 30 sentyabr 2010-cu ildə "Musiqili alov fəvvarəsi" yerləşən parkın ərazisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tanış olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat vermişdir ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Qeyd olunmuşdur ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaqdır. Fəvvarə 500 beton dayaq üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-nin və Almaniyanın "Schott Class", İngiltərənin "Aspinallis" şirkətləri iştirak edəcəkdir. Büllur işlərini İngiltərənin "Wilkinson pls" şirkəti həyata keçirəcəkdir. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər.
Myricaria alopecuroides
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Not Alone
Not Alone — Ermənistannın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Qəzənfər Aloyev
Senecio aloides
Senecio aloides (lat. Senecio aloides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Alois Andritski
Alois Andritski (alm. Alois Andritzki‎, y.sorb Alojs Andricki; 2 iyul 1914[…], Radibor[d] – 3 fevral 1943[…], Daxau həbs düşərgəsi, Bavariya) — Sorb katolik keşişi və Meissen yeparxiyasının şəhidi idi. O, Milli Sosializmin qatı əleyhdarı idi və Daxau həbs düşərgəsində öldürüldü. Roma Katolik Kilsəsi tərəfindən bir müqəddəs kimi hörmət edilir. Onun anım günü 3 fevraldır. == Həyatı == Alois Andritski 1914-cü ildə Radiborda (Lusatia, Saksoniya) sorbiyalı müəllim Yan Andritskinin ailəsində anadan olub. O, katolik keşişi Miklaus Andritskinin qardaşı oğlu idi. Bautzendə məktəbi bitirdikdən sonra həyatını kilsəyə həsr etməyə qərar verir. 1934-1937-ci illərdə Paderborn Universitetində ilahiyyat və fəlsəfə təhsili alıb, sonra Bautzen seminariyasında təhsilini davam etdirib. Tələbəlik illərində o, Sorb tələbə assosiasiyası "Wladaya" rəhbərlik edib və Lusatian serb tələbə qəzetinin baş redaktoru olub.

Значение слова в других словарях