Aloe arborescens
Ağacşəkilli əzvay (lat. Aloe arborescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik həmişəyaşıl, sukkulent bitki olub, 4 m-ə qədər hündürlüyə malik olur. Gövdəsi budaqlanan seyrəkyarpaqlıdır. Yarpaqları lətli, növbəli, gövdənin yuxarı hissəsi çətirəbənzər, qılıncabənzər, kənarları dişcikli və tikanlı, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıq olub, uzunluğu 20-65 sm, eni 3-6 sm, qalınlığı isə 1,2-5 sm-ə bərabərdir. Çiçəkləri iri (4 sm-dən böyük), çəhrayı, əyilmiş, sadə tac olub, silindrik fırçadan ibarət, uzunluğu 20-40 sm olur.
Gürcüstanda çöl şəraitində aprel-noyabr aylarında becərilir. Soyuqlar düşdükdə üstü örtülür.
Yayda mütəmadi olaraq gövdəsi, orta və aşağı yarpaqları toplanılaraq şirəsi çıxarılır. Toplanılan gövdənin qalınlığı 12 mm, uzunluğu isə 3-15 sm olmalıdır.