ALOGİZM

(yunan a-inkar və logos-zəka, təlim, söz) yürüdülən siyasətin və siyasi cərəyanın heç bir məntiqə uyğun olmaması, bəşəriyyət tərəfindən qəbul edilmiş ümumi normalara zidd getməsi, intuisiyanın, etiqadın, vəhyin məntiqə qarşı qoyulması. Buna nümunə olaraq kommunizmi, faşızmi, ifrat millətçiliyi göstərmək olar. Belə siyasət bir qayda olaraq süquta məhkumdur. A. qatı forması antilogizmdir.
ALKOQOLİZM
ALTERNATİV
OBASTAN VİKİ
Alogizm
Alogizm (yun. A-inkar və logos-zəka) – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunan-cada inkar hissəcəyi kimi işlənir, Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir.

Значение слова в других словарях