Alphabet

das; -(e)s, -e əlifba, alfabet
Alpha
alphabetisch
OBASTAN VİKİ
Alphabet
Alphabet — baş ofisi Mauntin-Vyuda yerləşən Amerikan çoxmillətli texnologiya konqlomeratı. 2 oktyabr 2015-ci ildə "Google"un yenidən təşkil olunması yolu ilə yaradılıb və "Google"un və bir neçə keçmiş "Google" törəmə şirkətinin ana şirkəti olub. "Alphabet" gəlirlərinə görə dünyanın üçüncü ən böyük texnologiya şirkəti və dünyanın ən varlı şirkətlərindən biridir. O, "Amazon", "Apple", "Meta" və "Microsoft" ilə yanaşı Amerikanın böyük beş informasiya texnologiyası şirkətlərindən biri hesab olunur. "Alphabet"in yaradılmasına internet xidmətlərindən kənar bizneslərdə fəaliyyət göstərən qrup şirkətlərinə daha çox muxtariyyət verməklə yanaşı, əsas "Google" biznesini "daha təmiz və daha məsuliyyətli" etmək istəyi səbəb oldu. Təsisçilər Larri Peyc və Sergey Brin 2019-cu ilin dekabrında icraçı vəzifələrindən istefa verdiklərini və baş direktor vəzifəsini "Google"un baş direktoru Sundar Piçayın yerinə yetirəcəyini elan etdilər. Peyc və Brin "Alphabet"in işçiləri, idarə heyəti üzvləri və nəzarətçi səhmdarları olaraq qalacaqlar. == Tarixi == 10 avqust 2015-ci ildə "Google", "Alphabet" adlı yeni ictimai holdinq yaratmağı planlaşdırdığını elan etdi. "Google"un həmtəsisçisi və baş direktoru Larri Peyc bu barədə "Google"un rəsmi bloqunda dərc etdiyi bloq yazısında bildirib. "Alphabet", "Google"un törəmə şirkətlərini "Google"dan "Alphabet"ə köçürməklə "Google"u yenidən təşkil etmək üçün yaradılıb və bununla da "Google"un əhatə dairəsini daraldıb.

Значение слова в других словарях