Amilopektin
Amilopektin — suda həll olunan polisaxarid və bitkilərdə olan α-qlükoza birləşmələrinin yüksək budaqlanmış polimeridir. Nişastanın iki komponentindən biridir, digəri amilazadır.
== Haqqında ==
Amilopektin daha da budaqlana bilən bir sıra yan zəncirlərlə birlikdə düz xətti zəncir daşıyır. Qlükoza vahidləri α(1→4) qlikozid bağları ilə xətti şəkildə bağlanır. Budaqlanma adətən 25 qalıq intervalında baş verir. Yan zəncirin mənşəyində baş verən budaqlanma α(1→6) qlikozid bağı daşıyır, nəticədə fermentlərin bağlana biləcəyi çoxlu son nöqtələrə malik olduğu üçün tez parçalana bilən həll olunan molekul yaranır. Volform və Tomson (1956) Amilopektin halında α(1→3) əlaqələri də bildirmişlər. Amilopektin tərkibində 200–1000 α-qlükoza vahidi olan amilaza ilə müqayisədə daha çox qlükoza vahidi (2000–200.000) var. Bunun əksinə olaraq, amilazada çox az α(1→6) bağ var və ya heç yoxdur. Bu, amilazun daha yavaş hidrolizə olmasına səbəb olur, lakin daha yüksək sıxlığa malikdir və həll edilmir.