AMİNTURŞULAR

сущ. хим. аминокислоты
AMİNŞƏKƏRLƏR
AMİNTURŞULU
OBASTAN VİKİ
Aminturşular
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
Aminturşuların sorulması
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas- ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir. Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4 — dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir.

Значение слова в других словарях