Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.